Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi () — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir.
Tarixi Konqres 1 dekabr 1985-ci ildə bir neçə təşkilat və federasiyanın birləşməsi nəticəsində yaranmışdır.
Tərkibi Yarandığı vaxt qısa zaman ərzində tərkibinə 33 təşkilat və yarım milyon üzv cəmləşmişdir.
Hazırda təşkilatın tabeliyində 21 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konqres 1,8 milyon üzvü özündə cəmləşdirir.
Fəaliyyəti Təşkilat yarandığı ilk gündən ona üzv olan işçilərin hüquqlarını qorumaq istiqamətində əlindən gələni əsirgəməyib. Dəfələrlə təşkilatın təşəbbüsü ilə irimiqyaslı nümayiş, tətil, etiraz aksiyaları keçirilib. Etirazlara əsas səbəb isə işçilərin maaşlarının qaldırılmaması, iş şəraitinin yaxşılaşdırılması yönündə heç bir addım atılmaması, iş saatının uzadılması olub. Demək olar ki, əksər hallarda konqresin tələbləri yerinə yetirilib.
Rəhbərləri Təşkilatın ilk prezidenti İlayca Bereyi olub. O, 1991-ci ilədək quruma rəhbərlik edib.
Hazırda təşkilata Sidumo Dlamini rəhbərlik edir.
İstinadlar
Xarici keçidlər
Afaq HÜSEYNOVA. Cənubi Afrika Həmkarlar İttifaqları. "Ülfət" qəzeti, 5 oktyabr 2012-ci il.
Kateqoriya:1985-ci ildə yarananlar Kateqoriya:CAR həmkarlar ittifaqları Kateqoriya:CAR siyasi partiyaları