Nikolay Dmitriyeviç Suxov (d. 8 avqust, 1914, Rusiya – ö. 26 oktyabr, 1983, Soçi) — Sovet İttifaqı Qəhrəmanı (1 iyul 1944)
Həyatı Nikolay Suxov 8 avqust 1914-cü ildə Rusiyanın Saratov vilayətinin Volsk şəhərində rus ailəsində anadan olub. 1937-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya kapitanı 1940-cı ildə Odessa Hərbi Aviasiya məktəbini bitirmişdir. 1-ci Belarusiya Cəbhəsində 16-cı hərbi ordusunun 27-ci bombardımançı alayının eskadrilya komandirinin müavini olmuşdur. Belarusiyanın Qomel şəhərində düşmənin xeyli təyyarəsini məhv etmişdir. Stalinqrad, Xarkov, Bobruysk, Oryol və Polşadakı döyüşlərdə iştirak etmişdir.
1 iyul 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibədən sonra təhlükəsizlik orqanlarında işləmişdir.
Krasnodar diyarının Soçi şəhərində yaşamışdır. 26 oktyabr 1983-cü ildə Soçidə vəfat etmişdir.
İstinadlar
Ədəbiyyat Румянцев. Н. М. Люди легендарного подвига. Саратов, 1968
Xarici keçidlər Сухов Николай Дмитриевич
Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Soçidə vəfat edənlər Kateqoriya:Kapitanlar Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Varşavanın azad edilməsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları