Stüartlar sülaləsi (; ) — İngiltərə, Şotlandiya, İrlandiya və Böyük Britaniya krallığında hökmran olmuş monarx ailəsi.

Ailənin adı banisi olan Volter Fitzalanın əlində tutduğu və Şotlandiya siyasi tarixindəki ən yüksək vəzifə olan Şotlandiya Yüksək Vəkili () ünvanından alınmışdır. Sülaləyə mənsub ilk monarx 1371-ci ildə Şotlandiya kralı olan II Robert oldu. Onun şəcərəsindən olan Şotlandiya kralı IV Ceymsin 1503-cü ildə İngiltərə kralı VII Henri Tüdorun qızı Marqaritayla evlənməsiylə iki krallıq arasında qohumluq əlaqəsi yaradıldı və onların gələcəkdə birləşdirilməsinə yol açdı. Belə ki, Marqaritanın qardaşı qızı olan I Elizabetin 1603-cü ildə geridə varis qoymadan vəfat etməsinin ardından, taxt-tac Marqaritanın nəticəsi olan Şotlandiya kralı VI Ceyms sahibləndi. Beləliklə, Şotlandiya, İngiltərə və İrlandiya eyni monarxın hakimiyyəti altında birləşdi və 1714-cü ildə kraliça Anna Stüartın vəfatınadək hər krallıq da Stüartların hakimiyyəti altında qaldı.

Kraliça Anna Stüartın geridə rəsmi varis qoymadan 1714-cü ildə vəfat etməsiylə, taxt-tac Hannover sülaləsinin əlinə keçdi. Üstəlik, taxta çıxarılan I Georq da VI Ceymsin qızı Bohemiya kraliçası Yelizavetanın nəvəsi idi.

Taxtdan devrilməsinin ardından Fransaya qaçan II Ceymsin şəcərəsindən olanlar uzun illər taxt iddialarını davam etdirsələr də, 1807-ci ildə ailənin bu qolunda kişi şəcərəsinin soyu kəsildi. Yakobitizm hərəkatı olaraq bilinən bu taxt iddiaları da bu tarixdən etibarən sona çatdı.

Monarxların siyahısı

Şotlandiya kralları SıraMonarxSəltənət illəriTaxt hüququ1.II Robert 1316-1390

(74 yaş)frameless|158x158px22 fevral 1371 –

19 aprel 1390 II Davidin bacısı oğlu idi. Stüartlar sülaləsinə mənsub ilk monarxdır. Oğullarının üsyanlarıyla məşğul oldu.2.III Robert 1337-1406

(69 yaş)frameless|175x175px19 aprel 1390 –

4 aprel 1406 II Robertin oğludur. Qardaşı və oğlu arasındakı taxt mübarizəsiylə məşğul oldu.3.I Ceyms 1394-1437

(42 yaş)frameless|125x125px4 aprel 1406 –

21 fevral 1437 III Robertin oğludur. Uşaq yaşda ingilislərə əsir düşdü və atasının vəfatından sonra Londonda Şotlandiya kralı elan edildi. İngilis tərəfdarı və şotlandların uzun illərdir müttəfiq olduğu Fransanın əleyhdarı idi. Yerli əsilzadələrin tərtiblədiyi sui-qəsd nəticəsində bıçaqlanaraq öldürüldü.4.II Ceyms 1430-1460

(29 yaş)frameless|131x131px21 fevral 1437 –

3 avqust 1460 I Ceymsin oğludur. Atasının qətlinin ardından 6 yaşında kral elan olundu. Yerli əsilzadələrin taxt mübarizəsiylə məşğul oldu. Yerli əsilzadələrin tərtiblədiyi sui-qəsd nəticəsində top atəşi atılaraq öldürüldü.5.III Ceyms 1451-1488

(36 yaş)frameless|150x150px3 avqust 1460 –

11 iyun 1488 II Ceymsin oğludur. Atasının qətlinin ardından 9 yaşında kral elan olundu. Yerli əsilzadələrin taxt mübarizəsiylə məşğul oldu və onlarla döyüşdə həlak oldu.6.IV Ceyms 1473-1513

(40 yaş)frameless|128x128px11 iyun 1488 –

9 sentyabr 1513 III Ceymsin oğludur. Onun səltənətində donanma inkişaf etdirildi. Bir çox alim və incəsənət xadiminə hami oldu. İngiltərə kralının qızıyla evlənərək iki krallıq arasında sülhü təmin etdi. Ancaq İngiltərə-Fransa qarşıdurmasında I Fransiski dəstəklədi və ingilislərlə sülhü pozdu. İngilislərlə döyüdə həlak oldu.7.V Ceyms 1512-1542

(30 yaş)frameless|121x121px9 sentyabr 1513 –

14 dekabr 1542 IV Ceymsin oğludur. Atasının döyüşdə öldürülməsinin ardından 1 yaşında kral elan olundu. İngilislərə qarşı mübarizəni davam etdirdi və onlarla döyüşdə həlak oldu.8.Mariya Stüart 1542-1587

(44 yaş)frameless|154x154px14 dekabr 1542 –

24 iyul 1567 V Ceymsin qızı və yeganə varisidir. Atasının döyüşdə öldürülməsinin ardından hələ 6 günlük bir körpə ikən kraliça elan olundu. Gənclik illəri Fransada keçdi. Ümumilikdə, 3 dəfə evləndi və bunlardan ilki səbəbilə qısa müddətliyinə Fransa kraliçası oldu. 1567-ci ildə yerli əsilzadələrin basqısı altında oğlunun lehinə taxtdan çəkildi. İngiltərə taxtında haqq iddia etməsinin ardından kraliça I Elizabet tərəfindən həbs edildi. Uzun həbs illərinin ardından edam olundu.9.VI Ceyms 1566-1625

(58 yaş)frameless|169x169px24 iyul 1567 –

27 mart 1625 Kraliça Mariya Stüartın oğlu və yeganə varisidir. Anasının taxtdan endirilməsinin ardından hələ 1 yaşında kral elan olundu. Şimali İrlandiya və Amerika qitəsinin bir hissəsi müstəmləkəyə çevrildi.

İngiltərə, Şotlandiya və İrlandiya kralları SıraMonarxSəltənət illəriTaxt hüququ1.I Ceyms 1566-1625

(58 yaş)frameless|169x169px24 mart 1603 –

27 mart 1625 Kraliça Mariya Stüartın oğlu və xələfidir. 1603-cü ildə İngiltərə kraliçası I Elizabetin varissiz vəfatından sonra İngiltərə və İrlandiya kralı oldu.2.I Karl 1600-1649

(48 yaş)frameless|173x173px27 mart 1625 –

30 yanvar 1649 I Ceymsin oğludur. İngiltərə burjua inqilabı boyunca parlamentlə mübarizə apardı. Parlament ordularına əsir düşdü və edam olundu. İngiltərədə monarxiya ləğv edildi və respublika elan olundu.3.II Karl 1630-1685

(54 yaş)frameless|128x128px2 may 1660 –

6 fevral 1685 I Karlın oğludur. Atasının parlamentlə mübarizəsini davam etdirsə də, məğlub edildi və qaçaraq Fransa və Hollandiyada sürgün həyatı yaşadı. Atasının edamından sonra de-yure kral olsa da, real hakimiyyəti 1660-cı ildə ələ ala bildi. Parlamenti ləğv edərək mütləq monarxiyanı bərpa etdi.4.II Ceyms 1633-1701

(67 yaş)frameless|125x125px6 fevral 1685 –

23 dekabr 1688 I Karlın oğludur. İngiltərədə anqlikan kilsəsinə qarşı katolik məzhəbini dəstəklədi və apardığı bu siyasət ona qarşı dini üsyanlara səbəb oldu. Kürəkəni və bacısı oğlu olan Oranjlı Vilhelm ölkəyə çağırıldı və taxta dəvət edildi. Bu səbəblə Fransaya qaçmağa məcbur oldu. Qalan ömrünü Fransada keçirdi və taxt iddiasını davam etdirdi.5.II Mariya 1662-1694

(32 yaş)frameless|163x163px13 fevral 1689 –

28 dekabr 1694 II Ceymsin qızıdır. Atasının taxtdan devrilməsinin ardından parlament tərəfindən əri Orajlı Vilhemlə birlikdə ortaq monarx elan edildi.6.III Vilhelm 1650-1702

(51 yaş)frameless|123x123px13 fevral 1689 –

8 mart 1702 Mariya Stüartın oğlu, I Karlın nəvəsidir. Dayısı və qaynatası II Ceymsin taxtdan devrilməsinin ardından parlament tərəfindən xanımı II Mariya lə birlikdə ortaq monarx elan edildi. Xanımının vəfatından sonra təkbaşına hakimiyyəti ələ aldı.7.Anna Stüart 1665-1714

(49 yaş)frameless|165x165px8 mart 1702 –

1 avqust 1714 II Ceymsin qızıdır. Bacısı II Mariya və əri Oranjlı Vilhelmin vəfatından sonra parlamentin təsdiqi ilə taxta çıxarıldı. Stüart sülaləsinə mənsub son monarxdır.

Mənbə

İstinadlar

Kateqoriya:Avropa tarixi Kateqoriya:İngiltərə kralları Kateqoriya:Sülalələr