Aqşin Məmmədəli oğlu Vəlixanov () — aktyor, Azərbaycan SSR əməkdar artisti (1989).
Həyatı Aqşin Məmmədəli oğlu Vəlixanovun soyadı əksər proqramlarda "Vəlixanlı" kimi yazılıb. 1956–1960-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində oxuyub. 1957–1958-ci illərdə Azərbaycan Dövlət Radiosunda işləyib. Yaradıcılığı 1960–1998-ci illərdə Akademik Milli Dram Teatrı ilə bağlı olub. 21 mart 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti adı ilə təltif edilib.İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.37
Filmoqrafiya Göz həkimi (film) Sarıköynəklə Valehin nağılı (film, 1980)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri