Vayots dzor mərzi () — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Yeğeqnadzor şəhəridir.
Mərz ölkənin cənub-şərqində keçmiş Yeğeqnadzor və Əzizbəyov rayonları, tarixi Dərələyəz mahalı ərazisində yerləşir. Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu, şimaldan Kəvər, şimal-qərbdən Ararat, cənubdan Sünik mərzləri ilə əhatələnmişdir.
Ümumi məlumat
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Yeğeqnacor və Vayk rayonları ləğv edilərək onların hesabına Vayots dzor mərzi yaradılmışdır.Национальное Собрания Республики Армения: Закон Республики Армения «Об административно-территориальном делении Республики Армения». Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062-1.-ЗР-18
Ümumi sahəsi 2,308 km² olan mərz şimaldan Basarkeçər yaylası, qərbdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, şərqdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. 2011-ci ilin göstəricilərinə görə mərzin əhalisi 52,324 nəfər olmaqla sıxlığı 23/km²-dir.
Yaşayış məntəqələri 44 yaşayış məntəqəsindən ibarət olan Vayots dzor mərzində bu məntəqələrdən 3-ü şəhər, 41-i isə kənddir.
ŞəkilŞəhər (qəsəbə)MərzSalınıbSahəsi (km2)Əhalisi (2011 göst.)150pxCermukVayots dzor13-cü yüzillik 55,200150pxVaykVayoc dzor?35,900150pxYeğeqnadzorVayots dzor5-ci yüzillik68,200
Həmçinin bax Dərələyəz mahalı Soylan rayonu Keşişkənd rayonu Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü
İstinadlar
Kateqoriya:Vayots dzor mərzi Kateqoriya:1995-ci ildə yaranmış dövlətlər və ərazilər