Sony Xperia Z — Sony şirkəti tərəfindən istehsal olunmuş Android əməliyyat sistemli smartfondur. Bu model, Xperia seriyasının bir hissəsi olaraq 2013-cü ilin 7 yanvarında təqdim edilmiş və 21 fevralda satışa çıxarılmışdır. Xperia Z Sony-nin ilk dörd nüvəli smartfon modeli sayılır.

Model həm IP55 həm də IP57 sertifikatlarına malikdir — bu isə onun toz keçirməz və suya davamlı olduğunu göstərir. Xperia Z 1 metr dərinlikdə suya təxminən 30 dəqiqəyə qədər davam gətirə bilir. Qurğu həmçinin zərbəyə davamlı Asahi Dragontail şüşəsi ilə qorunur.

Telefonun standart komplektinə daxildir: dok-stansiya, SONY EX-300AP model qulaqcıq, USB kabel və enerji adapteri.

Şəkillər thumb|left|274x274px|Xperia Z-nin güc düyməsi thumb|left|416x416px|Telefonun yan görünüşü

İstinadlar

Kateqoriya:Android cihazları Kateqoriya:2013-cü ildə təqdim edilən mobil telefonlar Kateqoriya:Sony smartfonları