Qədim slavyan dili — (özünü adlandırma — сло̀вѣньскъ ѩзꙑ́къ) — Saloniki şəhəri yaxınlığında XI əsrdə yaşamış slavyanların dialektində yaranmış birinci ədəbi slavyan bədii dili Praslavyan dili Praslavyan dilinin cənubi slavyan qolunun şərqi qrupudur. Əlifbası IX əsrin ortalarında Kiril və Mefodiy maarifçi qardaşları tərəfindən yaradılıb. IX—XI əsrlərdə bir çox slavyan xalqlarının ədəbi dili idi, bir çox gənc slavyan dillərinin formalaşmasına ciddi təsir edib.. Əlifba kimi qlaqolisa və kiril qrafikasından istifadə edilib.. Yarananadan kitab-ədəbiyyat dili olub və heç zaman canlı ünsiyyətdə istifadə edilməyib.

X əsrin sonlarına digər slavyan dillərinin təsiri altında dəyişikliyə məruz qalıb, ancaq ondan sonra yazılan əlyazmalar qədim slavyan dilində yazılmış hesab edilirИ. А. Шушарина . Введение в славянскую филологию: учебное пособие. Церковнославянский язык как поздний вариант старославянского. стр 160 . Qədim slavyan dilini digər slavyan dilləri üçüç əsas rolunu oynamış praslavyan dili ilə qarışdırmırlar.

Qədim slavyan dilində vikipediya Vikipediyanın qədim slavyan dilində bölməsi də vardır. 19 iyul 2026-cı il tarixində orada 1466 məqalə, 6091 səhifə vardır. Bölmənin 9519 iştirakçısı, bir inzibatçısı fəaliyyət göstərir. 26 nəfər daima düzəlişlər edir, fəaliyyət göstərdiyi dövrdə 87 483 düzəliş edilib.

İstinadlar

Ədəbiyyat Вайан, Андре. Руководство по старославянскому языку, Manuel du vieux slave,Пер. с франц. В. В. Бородич; под ред. и с предисл. В. Н. Сидорова, М. Издательство иностранной литературы, 1952, 447. Горшков А. И.Старославянский язык, 2-е, М. АСТ, Астрель, 2004, 142, Высшая школа. Ёлкина Н. М. Старославянский язык. М. Государственное учебно-педагогическое издательство Министерства Просвещения РСФСР, 1960. Селищев А. М.Старославянский язык. Часть 1: Введение. Фонетика, М, Государственное учебно-педагогическое издательство Министерства Просвещения РСФСР, 1951, 336 Селищев А. М. Старославянский язык. Часть 2: Тексты. Словарь. Очерки морфологии, М. Государственное учебно-педагогическое издательство Министерства Просвещения РСФСР, 1952

Kateqoriya:Slavyan dilləri Kateqoriya:Serbiya orta əsrlərdə