35px Belçika 270pxReytinqdə sırası 22 (2014 yanvar ayı üçün)FIVB Senior World Ranking — Women As per January 2014 Konfederasiya CEV Federasiya FRBVMəşqçi Gert Vande Broek İnternet Saytı Belçika Voleybol Federasiyası 25px Olimpiya oyunları İştirakı - Ən yaxşı nəticəsi -16px Dünya çempionatı İştirakı 2 dəfə (debütü 1956-cı il) Ən yaxşı nəticəsi 12-ci yer : 195623px Avropa çempionatıİştirakı 7 dəfə (debütü 1967-ci il)Ən yaxşı nəticəsi 3-cü yer : 2013

Belçika qadın milli voleybol komandası — son illərdə dünya voleybolunda formalaşan ən güclü komandalardan sonuncusu hesab olunur. Belə ki, bu milli 2013-cü ildəki möhtəşəm yüksəlişi sayəsində kəşf edilmişdir.

Tarixi Belçika millisi 1956-cı ildə ilk dəfə olaraq mundiala vəsiqə qazanmışdır. Həmin turnirdə on üçüncü yeri tutan milli doqquz il sonra da Avropa çempionatına vəsiqə qazanmış, bu turnirdə də ilk onluqda yer tuta bilməmişdir.

Milli komandanın 2013-cü ilə qədər hər hansı böyük bir uğuru olmamışdır. Bu ildə keçirilən Avropa çempionatında göstərilən möhtəşəm oyun və qazanılan bürünc medal voleybol mediasını çaşbaş salmışdır. Həmin turnirdə milli ilk olaraq İtaliya, Fransa və otuz üç il sonra bu turnirə qatılan İsveçrə ilə bir qrupa düşmüşdü.Euro 2013 volley Teams Qrupda hər üç milli komandanı məğlub edən Belçikanın uğuru çoxları tərəfindən təsadüf sayılırdı. Ancaq komanda bunun süpriz olmamasını növbəti turlarda bütün voleybolsevərlərə nümayiş etdirdi. Onlar pley-offda da Fransanı 3–2 yenərək yarımfinala yüksəlmişdi. Bu mərhələyə qədər böyük sensassiyaya imza atan Belçika qadın millisin yolunu təşkilatçı ölkələrdən Almaniya kəsdi. Bu matçda 2–0 öndə olmasına baxmayaraq 3–2 uduzan millinin üçüncülük matçındakı rəqibi digər yarımfinal görüşünün məğlubu Serbiya oldu. Həmin görüşdə da qalib gələn Belçika milli voleybol komandası tarixinin ən böyük uğuruna imza ataraq bürünc medalllara yiyələndi.2013 EC: Belgian heroines claim historical bronze medal at EuroVolley 2013

Avropa çempionatından öncə isə 2013-cü ilin iyununda milli komanda başqa bir uğura da imza atmışdı. Komanda bu zaman mini turnirlərin ən önəmlilərindən sayılan Avropa Liqasında iştirak etmişdi. Qruplarda qazandığı 29 xalla birinci yeri tutan Belçika yarımfinala yüksəlmişdi. Bu mərhələdə Rumıniya millisinə heç bir set verməyərək adını finala yazdırmışdı. Finalda daha sonra Avropa çempionatında da qarşısını kəsəcək Almaniya millisinə uduzan Belçika Avropa miqyaslı tunirlərdə ilk medalını qazanmışdı. Həmin vaxt turnirin Ən Dəyərli Oyunçusu da məhz Belçika komandasının kapitanı Çarlotte Leys olmuşdu.2013 CEV Volleyball European League — Women

Millinin 2014-cü ilin ilk yarısı üçün ən sonuncu uğuru isə 36 il sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanması idi. Bu turnirin seçmə mərhələsinin K qrupunda Polşa kimi nəhəng voleybol ölkəsi sayılan, 2009 Avropa çempionatının qalibi olan bir millini geridə qoyaraq mundialın final mərhələsindən kənarda qoymuşdu. Həmin turnirin final mərhələsinin püşkatmasına əsasən Belçika millimizlə eyni qrupa düşmüşdü.GETTING TO KNOW: BELGIUM "YELLOW TIGER" VALÉRIE COURTOIS

Heyəti 2013-cü il Avropa çempionatı üçün rəsmi heyətEuro 2013-Teams Baş məşqçi : Gert Vande Broek NömrəOyunçunun adıMövqeyiÇıxış etdiyi klub1Nina KulmanHücumçu Asterix Kieldrext2Britt RuysschaertLibero Asterix Kieldrext3Frauke DirickxToppaylayıcı Dabrova Gornicza4Valeri KurtuaLibero Oudegem5Laura HeyrmanBlokçu Dresdner6Çarlotte Leys 10pxHücumçu Dabrova Gornicza9Freya AelbrechtBlokçu Kann10Lise Van HeckeDiaqonal Tiboni Urbino11Els VandestiniHücumçu Amburgo12Angie BlandBlokçu Alemannia14Helene RousseauxHücumçu Muszinianka16Casmin BiebauvToppaylayıcı Oudegem17İlka Van de VyverToppaylayıcı Kann19Lore GillisDiaqonal Oudegem

Əsas turnirlərdə qazandığı nəticələr

Dünya Çempionatı İl Təşkilatçı ölkə Nəticəsi 1952 təsnifat keçilmədi 1956 13-cüyer 1960 təsnifat keçilmədi 1962 təsnifat keçilmədi 1967 təsnifat keçilmədi 1970 təsnifat keçilmədi 1974 təsnifat keçilmədi 1978 22-ciyer 1982 təsnifat keçilmədi 1986 Çexoslovakiya təsnifat keçilmədi 1990 təsnifat keçilmədi 1994 təsnifat keçilmədi 1998 təsnifat keçilmədi 2002 təsnifat keçilmədi 2006 təsnifat keçilmədi 2010 təsnifat keçilmədi 2014 təsnifat keçilmədi

Avropa Çempionatı İl Təşkilatçı ölkə Nəticəsi 1949 Çexoslovakiya təsnifat keçilmədi 1950 təsnifat keçilmədi 1951 təsnifat keçilmədi 1955 təsnifat keçilmədi 1958 Çexoslovakiya təsnifat keçilmədi 1963 təsnifat keçilmədi 1967 14-cüyer 1971 təsnifat keçilmədi 1975 12-ciyer 1977 təsnifat keçilmədi 1979 12-ciyer 1981 təsnifat keçilmədi 1983 Şərqi Almaniya təsnifat keçilmədi 1985 təsnifat keçilmədi 1987 təsnifat keçilmədi 1989 təsnifat keçilmədi 1991 təsnifat keçilmədi 1993 təsnifat keçilmədi 1995 təsnifat keçilmədi 1997 təsnifat keçilmədi 1999 təsnifat keçilmədi 2001 təsnifat keçilmədi 2003 təsnifat keçilmədi 2005 təsnifat keçilmədi 2007 / 7-ciyer 2009 11-ciyer 2011 / təsnifat keçilmədi 2013 / 16pxBürünc medal

Digər turnirlərdə qazandığı nəticələr

Avropa Liqası İl Təşkilatçı şəhər Nəticəsi 2009 Kayseri dəvət göndərilmədi 2010 Ankara dəvət göndərilmədi 2011 İstanbul dəvət göndərilmədi 2012 Karlovı Varı dəvət göndərilmədi 2013 Varna 16pxGümüş medal

İstinadlar

Xarici keçidlər Belçika Voleybol Federasiyası Rəsmi Saytı

Kateqoriya:Milli voleybol komandaları Kateqoriya:Belçika milli idman komandaları Kateqoriya:Belçikada voleybol Kateqoriya:Avropa milli voleybol komandaları Kateqoriya:Milli qadın voleybol komandaları