Loru mərzi () — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Şimalda Gürcüstanın Aşağı Kartli diyarı, şərqdə Tavuş mərzi, cənubda Kotayk mərzi və Aragatsotn mərzi, qərbdə Şirak mərzi ilə həmsərhəddir. Gürcüstanla sərhəd xətti 110 km–dir. İnzibati mərkəzi Böyük Qarakilsə şəhəridir.

Tarix Mərz ölkənin şimalında Gürcüstanla sərhəddə, tarixi Loru mahalı ərazisində yerləşir. 7 noyabr 1995-ci ildə Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Alaverdi, Quqark, Taşir, Spitak, Stepanavan və Tumanyan rayonları ləğv edilərək onların hesabına Loru mərzi təşkil edilmişdir.

Coğrafiya Mərzin ərazisi 2011–ci il siyahıyaalınması zamanı 3.789 km² idi. Yeni inzibati dəyişikliklərdən sonra mərzin ərazisi 10 km² artaraq 1 yanvar 2012–ci il tarixindən etibarən 3.799 km² təşkil edir. Ərazinin 251.154 hektarı kənd təsərrüfatı üçün yararlı hesab edilən torpaqlardır, ondan 42.075 hektarı əkin sahələridir. Orta illik yağıntı 600–700 mm təşkil edir. Mərzin ən hündür nöqtəsi (3101 m) Tej-əhməd dağı, ən alçaq hissəsi isə Tona çayının Gürcüstanla sərhəddə yaxın aşağı axarının vadisi (təqribən 390 m) hesab edilir. Mərzin ümumi ərazisi əsasən dağlıqdır, düzənliklərdən Loru çökəkliyi ölçülərinin böyüklüyünə görə fərqlənir. Sıx çay şəbəkəsi var, əksəriyyəti kiçik çaylardır. Demək olar ki, hamısı Cəlaloğlu və Pəmbək çaylarının və onların qovuşmasından yaranan Tona çayının, həmçinin Çapal çayının hövzəsinə daxildir.

İnzibati-ərazi bölgü Loru mərzi inzibati cəhətdən 113 bələdiyyəyə () bölünür. Hər bir bələdiyyə kənd və şəhər olmasından asılı olmayaraq bir və ya bir neçə yaşayış məntəqəsini əhatə edir. ERMSTAT–ın 1 yanvar 2011–ci ilə olan rəsmi məlumatına əsasən mərzin ərazisində 8–i şəhər və 105–i kənd bələdiyyəsi olmaqla 113 bələdiyyə mövcuddur. Bələdiyyələrin tərkibinə 8 şəhər və 122 kənd daxildir.

Əhali

Şəhərlər Mərzin 1 iyul 2014-cü il tarixinə rəsmən 228.9 min nəfər təxmin edilən de-yuri yəni daimi əhalisindən 134.7 min nəfəri şəhərlərdə yaşayırdı. ERMSTAT–ın rəsmi məlumatına əsasən mərzin daimi əhalisi azalaraq 2015–ci ilin yanvar ayının 1–inə 228 min nəfər təşkil etmişdir və onlardan 134.3 min nəfəri şəhər əhalisidir. Şəhər əhalisinin 83.4 min nəfəri Vanadzor sakinləridir.

12–21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən mərzin şəhərləri: Şəkil Yer Şəhər Əhali Yer Şəhər Əhali Şəkil 100px|center 1 Vanadzor <center>86 199 5 Taşir <center>7 773 100px|center 100px|center 2 Alaverdi <center>13 343 6 Axtala <center>2 092 100px|center 100px|center 3 Stepanavan <center>13 086 7 Tumanyan <center>1 710 100px|center 100px|center 4 Spitak <center>12 881 8 Şamlıq <center>700 100px|center

Etnik tərkib

Etnikqrup 1939 sa. 2001 sa. 2011 sa. Sayı % Sayı % Sayı % Cəmi 172 214 100.00 286 408 100.00 235 537 100.00 Ermənilər 138 554 80.45 280 471 97.93 231 066 98.01 Ruslar 16 312 9.47 3 882 1.36 3 152 1.34 Azərbaycanlılar 12 267 7.12 0 0 0 0 Yezidilər 337 0.20 793 0.28 652 0.28 Kürdlər 9 11 Yunanlar 3 350 1.95 655 0.23 360 0.15 Ukraynalılar 629 0.37 138 0.05 91 0.04 Gürcülər 252 0.15 460 0.15 100 0.04 Digər və s. 513 0.29 105 0.14

Şərhlər

İstinadlar

Həmçinin bax Borçalı qəzası Borçalı distansiyası Loru mahalı Borçalı xanlığı

Kateqoriya:Loru mərzi Kateqoriya:1995-ci ildə yaranmış dövlətlər və ərazilər