Zuğaşi Berepe — 1993-1998-ci illər aralığında Türkiyədə fəaliyyət göstərən ilk laz rok qrupu. Qrupun adı azərbaycanca "Dənizin uşaqları" mənasına gəlir.

Qrup lazca ilə yanaşı türkcə və hemşincə də mahnılar ifa edib.

Tarixi Mehmedali Barış Beşlinin lazca siyasi çalarlı musiqi yaratma fikriylə Kazım Koyuncu ilə birlikdə 1993-cü ildə yaratdığı "ŞK'U" (Biz) qrupu bir il sonra İlhan Karahan və Metin Kalaçın da qrupa qoşulmasıyla adını dəyişərək Zuğaşi Berepe («Dənizin Uşaqları») etdi. 5 il fəaliyyət göstərən qrup sonuncu albomunu buraxdıqdan qısa bir müddət sonra fəaliyyətini dayandırdı.

Üzvləri İlkin tərkibi Mehmedali Barış Beşli - vokal Kazım Koyuncu - akustik gitara, vokal İlhan Karahan - elektrogitara Metin Kalaç - bass-gitara

Digər üzvləri Çingiz Eyvazov - zərb alətləri Mahmut Turan - tulum Zülküfil Murat Dilek - zərb alətləri Cafer İsleyen - bass-gitara Gürsoy Tanç - elektrogitara Uğurcan Sezen - klaviş

° Qeyd: Zuğaşi Berepenin 1995-ci ildə buraxılan «Va Mişkunan» albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib.

Diskoqrafiya Va Mişkunan (1995) Avlaskani Cuneli Golas Empula Yulun Yeşili Kamiyoni Bozo Bererttaşa Va Mişkunan Ernesto Ben Oxoşkva Do Oropa Şeni

1995-ci ildə Anadolu Müzik etiketiylə satışa buraxılan «Va Mişkunan» («Bilmirik») albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib.

İgzas (1998) Ma a Koçi Vore Enel Hak K3aperi Oropa Ar Tilifoni Ka Tun Mita Xendasoç Anlat Bana Dadişkimi Sopez Gulur İgzas

1998-ci ildə buraxılan «İgzas» («Yeriyir») albomu qrupun ikinci və sonuncu albomudur. Bu albomdan qısa bir müddət sonra qrup dağılmışdır.

İstinadlar

Kateqoriya:Türkiyə musiqi qrupları Kateqoriya:1993-cü ildə yaranan musiqi qrupları