"Rəşadətli əməyə görə" nişanı — Naxçıvan Muxtar Respublikasının dövlət mükafatı.
Təsisi "Rəşadətli əməyə görə" nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir.Naxçıvan Muxtar Respublikasının "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" və "Rəşadətli əməyə görə" nişanlarının təsis edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2013-cü il tarixli Fərmanı serqqapisi.az
Statusu "Rəşadətli əməyə görə" nişanı dövlət qulluğunda, iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, hüquq-mühafizə və sosial sahələrdə, ədəbi-bədii yaradıcılıqdakı nailiyyətlərə, Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətə görə verilir."Rəşadətli əməyə görə" nişanının Əsasnaməsi serqqapisi.az
"Rəşadətli əməyə görə" nişanı Azərbaycan Respublikasının orden və medalları və "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı olduqda onlardan sonra taxılır.
"Rəşadətli əməyə görə" nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur.
Təsviri "Rəşadətli əməyə görə" nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir.
Nişan səkkizguşəli ulduz şəklindədir. Nişanın ön tərəfində yuxarı çevrə boyunca "RƏŞADƏTLİ ƏMƏYƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissəsində qoşa sünbül təsviri vardır. Yazı və təsvirlər qabarıqdır.
Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır. Ortasında nişanın nömrəsi həkk olunmuşdur.
Təltif edilənlər
İstinadlar
Həmçinin bax Azərbaycanın orden və medalları Azərbaycan Respublikasının ordenləri "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı
Kateqoriya:25 iyunda yarananlar Kateqoriya:2013-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Naxçıvan Muxtar Respublikası mükafatları