Rauf Mirmahmud oğlu Kazımovski (31 dekabr 1928 – 2 mart 1976)Azərbaycan kinosu. Ensiklopedik lüğət. Bakı: Elm və Təhsil, 2017, s.229 — Azərbaycan kinorejissoru.

Həyatı Rauf Kazımovski 1952-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycanda ilk radio və televiziya rejissoru olan Rauf Kazımovski 1952-ci ildən Azərbaycan radiosunda redaktor-rejissor, 1956-cı ildən ömrünün sonunadək televiziyada quruluşçu rejissor işləmişdir. Onun һazırladığı "O olmasın, bu olsun" tamaşası radionun qızıl fonduna daxildir. Televiziya üçün 1958-ci ildə "Leyli və Məcnun" tamaşasını һazırlamışdır. R. Kazımovski Cəlil Məmmədquluzadənin ""Ölülər" tragikomediyasının radio-tamaşasının və "Poçt qutusu" hekayəsi əsasında çəkilmiş televiziya filminin rejissoru olmuşdur.

Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

Filmoqrafiya Şamdan bəy (film, 1956) Korun mahnısı (film, 1961) Körpə (film, 1962) Yun şal (film, 1965) Poçt qutusu (film, 1967) Bəşir Səfəroğlu (film, 1969) General (film, 1970) Aktrisanın təbəssümü (film, 1974) Aldanmış kəvakib (film, 1974)

İstinadlar

Mənbə Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 41. "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr. Kazımovski Rauf Mirmahmud oğlu — Üzeyir Hacıbəyov Elektron Ensiklopediyası.

Kateqoriya:Azərbaycan telerejissorları Kateqoriya:Azərbaycan ssenaristləri