Fransua-Raul Larşe (; doğum 1860-cı il, Sent Andre de Kubzak - ölüm 1912-ci il, Paris) — fransız müasir heykəltaraş. Onun əsərlərinə İsanın bir neçə fiquru daxildir. Lakin o daha çox hazırladığı qadın fiqurları ilə məşhurdur.

O, rəqqasə Loi Fullerdən ilhamlanan rəssamlardan biridir. Onun ən məşhur əsərlərindən biri başının arxasından alov kimi dalğalanan geyimi ilə rəqs edən Loi Fulleri təsvir edir.

Digər məşhur heykəltaraşlıq nümunəsi olan Bənövşələr onların böyük bacısı və ya anası olan böyük qızla bir qrup çılpaq uşağı təsvir edir. Onların gövdələri gül saplaqları və yarpaqları ilə sarılıb, onlar bütünlüklə güllərin ruhunu təqdim etmək mənası ilə ləçəklərdən papaq geyiniblər.

Xarici keçidlər Larşenin işlərinin şəkilləri, səhifə 1-3 Amerikan rəqqası Loi Fuller formasında qızıl suyuna salınan tunc elektrik lampası (Avstraliya Milli Qalereyası) L'apotre (ewolfs.com) Tempete et ses Nuees (iCollector.com) Seated female nude (treadwaygallery.com) Jesus as a boy (p4a.com) Skinner Inc. catalogue with image of gilt Les Violettes statuette

Kateqoriya:Fransız heykəltaraşlar Kateqoriya:Fransa heykəltaraşları Kateqoriya:Fransada doğulanlar Kateqoriya:Parisdə vəfat edənlər