Cənub dairəsi (, mexoz a-darom) — İsrailin əsas yeddi inzibati ərazi vahidindən biri, ən böyük ərazisi (14 232 km²) və ən az əhali sıxlığı olan dairə (77,77 nəfər/km²). Cənub dairəsinin çox hissəsini Neqev səhrası və Arava vadisi tutur.

Dairənin inzibati mərkəzi — Beer-Şeva, ən böyük şəhəri — Aşdod.

Ramon Beynəlxalq Hava Limanı Qırmızı dənizin sahilində yerləşən Eylat şəhərindən avtomobillə 20 dəqiqəlik məsafədədir və Hayfa və Təl-Əvivə, həmçinin Kipr və Yunanıstana daxili reyslər həyata keçirir.

Demoqrafiya İsrail Mərkəzi Statistika Bürosunun 2011-ci il üçün məlumatına əsasən dairədə 1 106 900 nəfər yaşayır, o cümlədən MSB-nin dairələr üzrə 201-cü il üçün hesabatı (yəh.).:

Yəhudilər: 834 000 nəfər (75,3 %) Ərəblər: 201 900 nəfər (18,3 %) Digəriləri: 71 000 nəfər (6,4 %)

İstinadlar

Kateqoriya:İsrail dairələri Kateqoriya:Cənub dairəsi (İsrail)