İslam Maqometoviç Datıyev () — Azərbaycan iqtisadçısı, professor. Azərbaycan SSR Əkinçilik Xalq Komissarının müavini.

Həyatı 1929-1932-ci illərdə Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun rektoru vəzifəsində çalışmış və onun ilk təşkilatçılarından olmuşdur. Aqronomluq fakültəsinin tərkibində bitkiçilik kafedrasının ilk müdiri olmuşdur. Onun rəhbərliyi dövründə bitkiçilik fakültəsinin nəzdində 3 şöbə: meyvəçilik, subtropik və texniki bitkilər, üzümçülük və şərabçılıq və meşəçilik və tərəvəzçilik şöbələri, heyvandarlıq fakültəsinin nəzdində isə ipəkçilik, qoyunçuluq və südçülük şöbələri yaradılmışdır.

Onun təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Bakıdan Gəncəyə köçürülmüşdür. Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyatın planlaşdırılması" kafedrasının müdiri vəzifəsində işləmişdir.

Mənbə Böyük İqtisadi Ensiklopediya. I hissə.

Xarici keçidlər Rektorlarımız

Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları