Əhmədalılar bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.
Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Əhmədalılar bələdiyyəsidir.
1999 - 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.
18.07.2000-ci il tarixli 07 №-li Bələdiyyə Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, həmin Nizamnamə 05.03.2024-cü il tarixli 03 №-li Bələdiyyə Protokolunun 3-cü Qərarı ilə ləğv edilib.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq Horadiz şəhərində yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2020-ci ildən etibarən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mıərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
05.03.2024-cü il tarixli 03 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi təsdiq edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla təsdiq edilmiş Siyahının "Füzuli rayonu" bölməsində birinci cədvəldə sadalanan 7 bələdiyyənin adı qeyd olunub.
28.04.2025-ci tarixli 03 №-li Protokolunun 1-ci Qərarı ilə 05.03.2024-cü il tarixli 03 №-li Protokolunun 1-ci Qərarı ilə təsbiq edilmiş Nizamnaməsinə dəyişiklik edilmiş, 3-cü Qərarı ilə isə "Əhmədalılar bələdiyyəsinin iclasının Qərarı ilə Mollaməhərrəmli bələdiyyəsinin 2000-ci il 12 sentyabr tarixli 09 nömrəli, Arayatlı bələdiyyəsinin 2020-ci il 9 sentyabr tarixli 09 nömrəli, Qazaxlar bələdiyyəsinin 2022-ci il 28 iyul tarixli 07 nömrəli, Babı bələdiyyəsinin 2024-cü il 5 aprel tarixli 04 nömrəli" Protokolları ilə təsbiq edilmiş nizamnamələri ləğv edilmişdir.
02.06.2025-ci il tarixli 05 №-li Protokolunda təsbit edilmiş Qərarı ilə "Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərə həmin xidmətlərə görə yerli ödənişin ehtimal olunan həcmi əhəmiyyətli sayıldığından onun tətbiqi zəruri hesab" edilələk, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən yerli ödənişin məbləği bələdiyyənin ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərilən hər bir şəxs (qonaq, müştəri) üçün sutkada 1.1 manat (bir manat on qəpik) müəyyən" edilib.
01.04.2026-cı il tarixli 10 №-li Bələdiyyə Protokolunun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin metodoloji yardımı ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub . Bu Reqlamentə dəyişikliklər aşağıkı protokollarla edilib: 24.08.2026-cı il tarixli 18 №-li Protokolun 9-cu Qərarı.
24.08.2026-ci il tarixli 18 №-li Protokolun aşağıdakı qərarları ilə Bələdiyyənin aşağıdakı daxili tənzimləmə (təşkilati) aktları təsdiq olunub:
Rəsmi emblemdən istifadə Qaydaları - 2.2-ci Qərarla təsdiq edilib; "Vergi Xidməti Orqanı haqqında" Əsasnamə - 3.1-ci Qərarla təsdiq edilib. Sənəd Vergi xidmət orqanın təşkilinə, vəzifəli şəxslərin təyinatına, onların səlahiyyətlərinin həyata keçirilməsi prosedurlarına həsr olunub. Bu əsasənamənin layihəsi “Bələdiyyələrin vergi xidməti orqanının səlahiyyətləri” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 08.06.2026-cı il tarixində keçirilən tədbirdə geniş müzakirə olunub ; Bələdiyyə qurumlarında vətəndaş qəbulu Qaydaları - 4-cü Qərarla təsdiq edilib. Bu Qaydalar “Bələdiyyələrdə vətəndaş qəbulunun planlaşdırılması, təşkili, keçirilməsi və rəsmiləşdirilməsi” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 16.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; "Bələdiyyə binasının xüsusi lövhələri haqqında" Təlimat - 5-ci Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə binasının çölündə və içərisində xüsusi lövhənin tərtibatı, yerləşdirilməsi və yenilənməsi, Xüsusi lövhədə informasiyanın yerləşdirilməsi və yenilənməsi, əhali üçün elanların verilməsi və məlumatların açıqlanması ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin korrupsiya əleyhinə Qaydaları - 6.1-ci Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə nüfuzunun qorunması, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması, yaxın qohumların birgə işləməsinə yol verilməməsi, korrupsiya şübhəsinin bildirilməsi, Etik Nəzarətçinin fəaliyyəti, korrupsiya şübhəsinin qeydə alınması və araşdırılması və məlumatverənin müdafiəsi ilə bağlı münasibətlər tənzimlənib. Bu Qaydalar "Bələdiyyələrdə korrupsiya əleyhinə Qaydaların tətbiqi" mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 21.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; Bələdiyyənin müqavilə Qaydaları - 7-ci Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyənin bağladığı müqavilələrin daxili nümunəvi formanın hazırlanması və təsdiqi, ona dəyişiklik, formadan kənaraçıxma, müqavilələrin hüquqi və maliyyə-mühasibatlıq ekspertizası, ekspertiza nəticələrinin rəsmiləşdirilməsi, müqavilənin Bələdiyyə iclasında müzakirəsi və təqdim edilməsi məsələləri ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin elektron informasiya təhlüksizliyi Təlimatı - 8-ci Qərarı ilə təsdiq edilib. Bələdiyyədə elektron infotəhlükəsizliyin təşkili, təmin edildiyi təqdirdə Xidməti rabitə vasitələrindən istifadə zamanı elektron infotəhlükəsizlik, Xidməti İKT avadanlığından istifadə zamanı elektron infotəhlükəsizlik, Bələdiyyədaxili İKT şəbəkəsindən, internetdən və sosial şəbəkələrdən istifadə zamanı elektron infotəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı digər münasibətlər tənzimlənib.
Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən bu Bələdiyyənin mərkəzi Füzuli rayonunun Əhmədalılar kəndidir.
Bələdiyyənin ünvanı: Əhmədalılar kəndi, Füzuli Rayon İcra hakimiyyətinin Əhmədalılar kənd İƏD üzrə nümayəndəliyinin binası.
Bu Bələdiyyənin ərazisinə aşağıkılar aiddir: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün veegi koduBələdiyyənin statistik koduƏrazisi (km²)İnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Əhmədalılar bələdiyyəsi750008438175116060500784.1Əhmədalılar kənd iəd60605005Əhmədalılar kəndi60605018Qazaxlar kəndi60605028Mirzənağılı kəndi60605038Arayatlı kənd iəd60604005Arayatlı kəndi60604018Babı kəndi60604028Mollaməhərrəmli kəndi60604038
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Bələdiyyənin rəsmi əlaqə məlumatları aşağıdakılardır:
ünvanı: Əhmədalılar kəndi, kənd nümayəndəliyinin binası e-poçt ünvanı: [email protected]; [email protected] sosial şəbəkə hesabları: https://www.facebook.com/fuzulirayonuhmdallarbldiyysi Bələdiyyənin məlumatına görə 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1902 ev təsərrüfatı fəaliyyət göstərməklə, 7446 nəfər yaşayır.
İstinadlar
Kateqoriya:Füzuli rayonunun bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr