Araz Dilağarda bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Araz Dilağarda bələdiyyəsi olub.
Bu Bələdiyyənin ilk Nizmanaməsi onun 26.01.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə təsdiq edilib və 05.02.2024-cü il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.
Yaradıldıqdan sonra Bələdiyyə 18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Horadiz şəhərində yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
2003-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvülüyünə qəbul edilib.
2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.
05.02.2024-cü il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş 1-ci Qərarı ilə bu Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilmiş və Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda edilmiş 3-cü Qərarı ilə ləğv edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18. Füzuli rayonu üzrə: 18.1. 3 №-li Qayıdış, 8 №-li Qayıdış, Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli və Birinci Mahmudlu bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış, 5 №-li Qayıdış, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış, 11 №-li Qayıdış qəsəbələrində və Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli, Birinci Mahmudlu kəndlərində Bala Bəhmənli bələdiyyəsi;" yaradılıb. Bununla da Araz Dilağarda bələdiyyəsinin fəaliyyətinə xitam verilib.
Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Araz Dilağarda kəndi olub.
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun həmin vaxt mövcud olmuş redaksiyasının 14-cü bəndinə əsasən bu Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Araz Dilağarda bələdiyyəsi7500101221750360630027Bala Bəhmənli kənd iəd60630005Araz Dilağarda kəndi60630028
İstinadlar
Kateqoriya:Füzuli rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr