Əhmədağalı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004-cü ildən fəaliyyət göstərən bələdiyyə.
Tarixi 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam bələdiyyələrində ağağıdakı dəyişikliklər edilib: Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Əhmədağalı bələdiyyəsi yaradılıb.
Bu Bələdiyyənin ilk Nizamnaməsi onun 21.09.2000-ci il tarixli 09 №-li Protokolunun müvafiq Qərarı ilə qəbul edilmiş 28.09.2017-ci il tarixli 12 №-li Protokolun 3-cü Qərarı ilə həmin Nizamnamə ləğv edilmişdir.
2004 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi həyata keçirib.
2004-cü ildən bu Bələdiyyə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində: 2) 4-cü sırada "Əhmədağalı bələdiyyəsi" sözlərinin qarşısındakı "və Mirəşelli kəndləri" sözləri ", Mirəşelli kəndləri və Bənövşələr qəsəbəsi" sözləri ilə" əvəz edilib.
28.09.2017-ci il tarixli 12 №-li Protokolun müvafiq Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilmiş, 10.04.2025-ci il tarixli 04 №-li Protokolun 3-cü Qərarı ilə isə həmin Nizamnamə ləğv edilmişdir.
2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.4. Əhmədağalı, Qərvənd və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Bənövşələr, Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələrində və Ayaq Qərvənd, Çıraxlı, Əhmədağalı, Kolqışlaq, Mirəşelli, Orta Qərvənd, Təzəkənd kəndlərində Əhmədağalı bələdiyyəsi" yaradılıb.
10.04.2025-ci il tarixli 04 №-li Protokolun müvafiq Qərarı ilə Bələdiyyənin üçüncü Nizamnaməsi qəbul edilmişdir.
17.04.2026-cı il tarixli 9 №-li Protokolun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub .
Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Əhmədağalı kəndi Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin mərkəzidir.
Bələdiyyənin ünvanı: Əhmədağalı-Sarıcalı-Çəmənli yolu, Əhmədağalı Kənd Tam Orta Məktəbinin yanı, Ağdam Rayon İcra hakimiyyətinin Əhmədağalı kənd İƏD üzrə nümayəndəliyindən 100 metrliyi.
Həmin Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduƏrazisi (km²) İnzibati ərazi dairəsinin adıİƏD statistik kodu İnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Əhmədağalı bələdiyyəsi320004249132046092700731,7Əhmədağalı kənd iəd60927005Əhmədağalı kəndi60927018Çıraxlı kəndi60927028Kolqışlaq kəndi60927038Mirəşelli kəndi60927048Bənövşələr qəsəbə iəd60939005Bənövşələr qəsəbəsi60939016Qərvənd kənd iəd60910005Ayaq Qərvənd kəndi60910038Orta Qərvənd kəndi60910028Nəmirli kənd iəd60915005Təzəkənd kəndi60915058Təzəkənd qəsəbə iəd60950005Təzəkənd qəsəbəsi60950016Birinci Dördyol iəd60942005Birinci Dördyol qəsəbəsi60942016İkinci Dördyol iəd60946005İkinci Dördyol qəsəbəsi60946016 Bu Bələdiyyənin ərazisinə dair olan kəndlərin mənsub olduqları inzibati ərazi dairələri nəzərə alınaraq, İkinci qarabağ müharibəsi nəticəsində işğaldan azal olunmuş aşağıdakı kəndlərin gələcəkdə həmin bələdiyyəyə aid ediləcəyi güman edilir: İnzibati ərazi dairəsiİƏD statistik kodİnzibati ərazi vahidiİƏV statistik kod Nəmirli kənd iəd60915005Nəmirli kəndi60915018Şotlanlı kəndi60915028Şuraabad kəndi60915048Umudlu kəndi60915038Qərvənd kənd iəd60910005Baş Qərvənd kəndi60910018Şıxlar kəndi60910048
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 2279 ev təsərrüfatı fəaliyyət göstərməklə, 9461 nəfər yaşayır.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun bələdiyyələri Kateqoriya:2004-cü ildə Azərbaycanda yaradılan bələdiyyələr