Stiv Sandvoss () - Amerikalı kino aktyor. Bioqrafiya Stiv Sandvoss 23 iyun 1980-ci ildə Nyu-York şəhərində anadan olmuşdu. Konnektikutda məktəbi bitirdikdən sonra Harvard Universitetinə daxil olmuşdu. O məşhur aktrisa Natali Portmanla birlikdə oxuyurdu və daha çox teatral dərslər ilə maraqlanırdı. O həmçinin fotoşəkil sənəti və Amerikan ədəbiyyatı ilə də səylə məşğul olurdu. Teatrda o əvvəllər hər bir ekstremal rolu oynayırdı, lakin zaman keçdikcə o Şekspirin və Brextin klassik əsərlərindən böyük təcrübə əldə etdi.

Aktyor qismində Stiv ilk dəfə 2003-cü ildə, «Amerikan arzusu» adlı filmdə futbol ulduzu rolunu ifa edərək çıxış etmişdi. Stiv 2003-cü ildə «Sonuncu günlər» adlı tammetrajlı bədii filmində Elder Aaron Devis rolu ilə çəkilir. Bundan başqa o həmçinin "Gəlini öp" (2008) və "Detektiv Raş" kimi filmləri ilə də tanınır.

Maraqlı faktlar 2013-cü ilin oktyabr ayında Stiv öz adını dəyişərək Maks qoyur və qardaşı ilə birlikdə Şərgi Betaniyada (Nyu-York ştatı) yerləşən fermaya köçür Stivin 17 yaşı olarkən, onun atası həlak olur. Stivin böyük qardaşı Piter Sandvoss Sonuncu günlər filminin istehsal şirkəti sayılan Funny Boy Productions-da işləyir.

Filmoqrafiya +Filmlər İl Ad Rol 2002 Amerikan arzusu (American Dreams) Deyv 2003 Sonuncu günlər (Latter Days) Elder Aaron Devis 2003 Bədən hissələri (Nip/Tuck) Evan Bolton 2003 Detektiv Raş (Cold Case) Harret Keyn 2004 Doktor Veqas (Dr. Vegas) Bred 2005 Xüsusi bölmə (The Inside) Kori Holl 2005 Şəvgət anatomiyası (Grey's Anatomy) Ceyson 2006 Waning Moon Patrik 2006 Price to Pay Razor 2007 Diri basdırılanlar (Buried Alive) Deni 2007 Judy's Got a Gun Patrik 2008 Gəlini öp (Kiss the Bride) Şon 2008 Məni aldat (Lie to Me) Meyson 2009 İnqilab (Revolution) Kris Hart 2009 Letters from Frankenstein 2010 Tibbi Mayami (Miami Medical) Mark Tişer 2010 Yenidən dirilmiş gəlin (Exquisite Corpse) Nikolas İstinadlar

Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Nyu-York şəxsləri