Boyan() — Rumıniya və Bolqarıstan ərazilərində yayılmış Neolit mədəniyyəti (e.ə. 4-cü minillik).
Boyan gölündəki (Rumıniya) məskənin adı ilə adlandırılmışdır. Boyan üçün üzəri qara boz rəngli və oyma xətlərlə bəzədilmiş gil qablar xarakterikdir. Qablar üzərindəki oyma xətlər çox zaman ağ maddə ilə doldurulurdu. Boyanda daş baltalar da tapılmışdır. Əhali əkinçilik , maldarlıq, ovçuluq və balıq tutmaqla məşğul idi. Qumelnisa mədəniyyətinin (Enolit dövrü) formalaşmasında Boyan mədəniyyətinin mühüm rolu olmuşdur.
Kateqoriya:Arxeoloji mədəniyyətlər Kateqoriya:Rumıniya mədəniyyəti Kateqoriya:Bolqarıstan mədəniyyəti Kateqoriya:E.ə. V minillik Kateqoriya:E.ə. IV minillik Kateqoriya:Avropanın arxeoloji mədəniyyətləri