Elnur Kazım oğlu Aslanov () — 2007–2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri, 2014–2016-cı illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru (Ph. D). O, həmçinin "Harvard Business School"un məzunu, iki kitabın, eləcə də bir sıra İT və İnternet layihələrinin sahibi və müəllifidir.
Həyatı və fəaliyyəti Aslanov Elnur Kazım oğlu 15 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetini və Azərbaycan Universitetini bitirmişdir. Fəlsəfə doktoru və MA elmi dərəcələri var.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilmiş, 17 mart 2014-cü ildə vəzifəsindən azad edilmişdir.
2016-cı ildə ABŞ-də Harvard Business School-da təhsilini davam etdirmək məqsədilə dövlət işindən uzaqlaşıb. Hazırda biznes fəaliyyəti ilə məşğuldur.
İki kitab müəllifidir: "Modernləşmə və Milli İnkişaf" (Bakı, 2015) və "Qloballaşma və Milli İnkişaf Strategiyası" (Baki, 2006).
"Azərbaycanda araşdırma və beyin mərkəzləri : yaranması, inkişafı və perspektivləri" kitabının elmi redaktoru.
Yeni Azərbaycan Partiyasının üzvü, I dərəcə dövlət müşaviridir.
Ailəsi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın oğludur.
İstinadlar
Xarici keçidlər
Waving The Banner Of Azerbaijan's New Oil Boom Advice For Armenia On Resolving The Karabakh Dispute Справедливый путь к идеальному миру Azerbaycan ve Türkiye ilişkilerinin geleceği
Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Siyasi elmlər üzrə fəlsəfə doktorları