Muxas qülləsi — Azərbaycanın Oğuz rayonunun Muxas kəndindən 1 km şimalda orta əsrlərə aid (təqribən IX – XIII əsrlər) qüllə.

Haqqında Muxas qülləsi Muxas kəndinin şimalında, Daşağıl keçidi qarşısında yerləşir. Qüllə şimal, cənub və qərb tərəflərdə düzbucaqlı planda, şərq tərəfdə isə yarımdairəvi olub ərazinin relyefinə uyğunlaşdırılmışdır. Qüllənin hündürlüyü 11,6 metr, divarın qalınlığı hörgünün aşağı hissəsində 1,5 metr, yuxarıda 1 m-dir. Qala divarında hündürlüyü bayır tərəfdən 1,1 metr, içəridən 1,5 metr olan qapı yeri vardır.F.V.Qədirov. Azərbaycanın şimal müdafiə istehkamları, Bakı, 1984

Muxas qülləsinin üçqatlı olduğu ehtimal olunur. İkinci qatda mağzal və işıqlandırma üçün pəncərə rolu oynamış, hündürlüyü 1,5 metr, eni 0,6 metr olan açırım vardır. Qüllə çaydaşı və kirəc məhlulu ilə tikilmişdir. 1 x 0,5 x 0,5 metr ölçülü sal daşlar qüllənin künclərində və pəncərə yerlərində istifadə olunmuşdu.

Qüllənin ərazisində aparılmış yoxlama qazıntılar burada 0,5 metr qalınlıqda mədəni təbəqə aşkar edilmişdir. Əldə edilmiş arxeoloji materialların və abidənin memarlıq xüsusiyyətlərinin müqayisəli təhlili onun IX əsrdə tikildiyini və XIV əsrədək istifadə olunduğunu söyləməyə imkan vermişdir. 1965-ci ildə burada aparılmış arxeoloji qazıntılar nəticəsində şirli və şirsiz saxsı qab qırıqları tapılmışdır.

İstinadlar

Ədəbiyyat F.V.Qədirov, Muxas qülləsi, Azərbaycan SSR EA Məruzələri, cild 26, 1970, №12. Azərbaycan arxeologiyası. VI cild, Bakı, 2008.

Xarici keçidlər Oğuz rayonu Muxas qülləsi.IX əsr Muxas qülləsi

Kateqoriya:Oğuz rayonu Kateqoriya:Oğuz rayonunun abidələri Kateqoriya:Azərbaycan qüllələri