Firuzə Orxan qızı Vəlixanlı () — Sovet və Azərbaycan şahmatçısı, qadınlar arasında qrosmeyster (1994). Azərbaycan qadın yığmasının tərkibində dörd FİDE Şahmat Olimpiadası (1992, 1994, 2002, 2004) və iki Avropa Komanda çempionatında (1992, 1997) iştirak etmişdir.

Həyatı 1970-ci ildə anadan olub. 1990-cı ildə qadınlar arasında beynəlxalq şahmat ustası adını qazandı, 1994-cü ildən qrosmeyster adını aldı.

1991-ci ildə yüksək idman nəticələrinə görə Azərbaycan SSR fəxri diplomuna layiq görülmüşdür..

1992-ci ildə Azərbaycanın qadınlardan ibarət yığma komandasında Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı.

1995-ci ildə Azərbaycan idmanının inkişafındakı nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir.

Həyat yoldaşı AFFA-nın ilk prezidenti olmuş Fuad Musayevin oğlu Tofiq Musayevdir."Məşhurların övladları" — Fuad Musayevin diplomat oğlu. Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.

Mükafatları 31 yanvar 1991 — Azərbaycan SSR-in Fəxri fərmanı"İdmançılardan bir qrupunun Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 31 yanvar 1991-ci il tarixli, 152 nömrəli Fərmanı 5 mart 1995 — "Tərəqqi" medalı"Azərbaycan Respublikası idmançılarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 mart 1995-ci il tarixli, 292 nömrəli Fərmanı

Filmoqrafiya İlk zirvələr (film, 1988)

İstinadlar

Xarici keçidlər FIDE Chess Profile Firuza Velikhanli. Chess-DB.com Firuza Velikhanli. Chessgames.com Firuza Velikhanli. 365Chess.com Velikhanli, Firuza. OlimpBase.org

Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:SSRİ şahmatçıları