Avrozona — Avropa İttifaqının rəsmi valyutası avro olan 21 dövləti birləşdirən valyuta birliyi. Bu dövlətlər avro və avro sentləri buraxmaq hüququna malikdirlər. Avrozona dövlətlərinin pul-kredit siyasətinə Avropa Mərkəzi Bankı cavabdehdir.

Üzvlər Avro, Avropa İttifaqı ölkələrinin iqtisadi və maliyyə birliyinin faktoru kimi pul tədavülünə 1999-cu ildən buraxılıb. 1999-cu ildən Aİ-nin 15 üzvündən 11-i Maastrixt sazişinin tələblərinə uyğun olaraq avrozona yaratdılar və 1 yanvar 1999-cu ildən rəsmi tədavülə paralel ümumi valyuta kimi avropanı buraxdılar.

Avro və onun sentləri dövriyyəyə 1 yanvar 2002-ci ildən buraxılıb. Sloveniya avrozonaya 1 yanvar 2007-ci ildən, Kipr və Malta 1 yanvar 2008-ci ildən, Slovakiya 1 yanvar 2009-cu ildən, Estoniya — 1 yanvar 2011-ci ildən, Latviya — 1 yanvar 2014-cü ildən, Xorvatiya — 1 yanvar 2023-cü ildən daxil olub.

Hal-hazırda Avrozonanın tərkibinə 330 milyon əhalisi olan 20 ölkə daxildir. +Avrozonaya daxil olan (valyutası Avro olan) dövlətlərAvrozonaya qatılma tarixiDövlətin adıAvrodan əvvəlki milli valyutaİstisnalar1 yanvar 1999 Almaniya Avstriya Belçika Finlandiya Fransa İrlandiya İspaniya İtaliya Lüksemburq Niderland Portuqaliya Alman markası Avstriya şillinqi Belçika franqı Fin markkası Fransa franqı İrland paundu İspan pesetası İtaliyan lirası Lüksemburq franqı Niderland quldeni Portuqaliya eskudosu Fransaya bağlı olan:

Fransa Polineziyası Uollis və Futuna Yeni Kaledoniya Niderlanda bağlı olan:

Aruba Karib Niderlandı Kürasao Sint-Marten1 yanvar 2001 Yunanıstan Yunan draxması -1 yanvar 2007 Sloveniya Sloven toları -1 yanvar 2008 Kipr Malta Kipr paundu Malta lirası Kiprin bir hissəsi olan:

Şimali Kipr Türk Respublikası1 yanvar 2009 Slovakiya Slovak korunası -1 yanvar 2011 Estoniya Estoniya kronu -1 yanvar 2014 Latviya Latış latısı -1 yanvar 2015 Litva Litva litası -1 yanvar 2023 Xorvatiya Xorvatiya kunası -1 yanvar 2026Bolqarıstan Bolqar levi

Avropa İttifaqı üzvü olan lakin, Avrodan istifadə etməyən dövlətlər Avropa Birliyinin üzvü olan lakin, rəsmi olaraq Avrodan istifadə etməyən bir neçə dövlətlər vardır.

Danimarka, Maastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq Avrodan istifadə etməyən Avropa İttifaqının üzvüdür. Danimarka hökuməti, referendumun nəticəsində qərar qəbul etmədiyi müddətcə, Avropa İttifaqı tərəfindən hüquqi təzyiqlə qarşılaşmaz. 28 sentyabr 2000-ci ildə Danimarkada keçirilən referendumun nəticəsinə görə səs verənlərin 53,2%-i Avroya keçməyə qarşı çıxmışdır.

İsveçin Avro məsələsində imtiyaza sahib olmamasına qarşı, bu ölkədə keçirilən referendumlar, Avroya keçməyə maneə yaradır. 14 sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə, səs verənlərin 56,1%-i Avroya 'Yox' demişdir.

Avropa İttifaqına daxil olan lakin, Avrodan istifadə etmək üçün, müəyyən kriteriyalara hələ ki cavab verə bilməyən bir neçə dövlətlər vardır. Bolqarıstan, Çexiya, Xorvatiya, Macarıstan, Polşa və Rumıniya müəyyən kriteriyaları qarşıladıqdan sonra Avroya keçmək məcburiyyətindədirlər. +Avropa İttifaqına daxil olan lakin, Avrozonaya daxil olmayan (Avrodan istifadə etməyən) dövlətlərDövlətin adıMilli valyutasıAvrozonaya daxil olmamasının səbəbi Çexiya Çex kronuAvrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir Danimarka Danimarka kronuMaastrixt sazişində qeyd edilən imtiyazlara əsaslanaraq avrodan istifadə etmir İsveç İsveç kronu14 sentyabr 2003-cü ildəki referendumun nəticəsinə görə Avroya keçilməkdən imtina edilmişdir Macarıstan Macarıstan forintiAvrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir Polşa Polşa zlotıAvrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir Rumıniya Rumıniya leyiAvrozonaya qatılmaq üçün, müəyyən kriteriyalara cavab vermir

Avropa İttifaqı üzvü olmayan lakin, Avro istifadə edən dövlətlər Andorra Kosovo Monako Monteneqro San Marino Vatikan

Dörd ədəd cırtdan dövlətlər, Andorra, Monako, San Marino və Vatikan Avropa İttifaqının üzvü olmasalarda, edilən müqavilələr çərçivəsində avrodan istifadə etməkdədirlər.

Monteneqro və Kosovo isə Avropa İttifaqı ilə hər hansısa müqavilə imzalamadan avrodan istifadə etməkdədirlər.

Mənbələr European Central Bank Central Bank Rates, ECB Key Rate, chart and data European Commission – Economic and Financial Affairs – Eurozone

İstinadlar

Kateqoriya:Avropa Kateqoriya:Avro Kateqoriya:Pul