BexerovkaЧешский язык. Раздел «Фонетика» // Официальный сайт Чешской РеспубликиУдарение в чешском языке. Фонетика // Сайт onlineczech.ruО. С. Широков Ударение в чешском языке // «Языковедение: введение в науку о языках». Москва, «Добросвет», 2003. С. 294-301.Ударение в чешском языке // Сайт www.lingvisto.orgОбразцы современного произношения , ударение на второй слог (, [ˈbɛxɛˌrofka]), ilk adı Karlsbader Becherbitter — 38 %-li möhkəm Çexiya ferneti (liköru). İçki əvvəllər mədə ağrıları üçün bir vasitə kimi istifadə edilirdi. Likörun tarixi Bexerovka Karlovar əczaçısı, alman əsilli Yozef Vitius Bexerin () adı ilə bağlıdır. O, bu içkini 1807-ci ildən satmağa başlamışdı. 1841-ci ildə onun oğlu Yohann Bexer artıq sənaye miqyasında içkini istehsal etməyə başlamışdı. Biznes çiçəklənir və ailəvi "Üç torağay" () apteki artıq saysız-hesabsız insan axınını gəbul edə bilmir və buna görə də Yan Karlsbad ətrafında yerləşən Steinberky adlı yerdə yeni fabrik açmağa qərar verir. 1890-cı ildə Yoxanın oğlu Qustav Bexer atasının şərəfinə «Yohann Bexer» adlı ticarət nişanını qeydə almışdı.
Sovet ordusunun 1945-ci ildə Çexoslovakiya ərazisini alman işğalçılarından azad etməsindən sonra, milliləşdirmə kampaniyası çərçivəsində Bexerlər ailəsi ölkədən sürgün edilmişdi. Firma milliləşdirilildikdən sonra, «Yohann Bexer» adı «Yan Bexer» ilə əvəz edilmişdiИгорь Бурлаков Karlovarska Becherovka // Сайт «Интернет-путеводитель ресторанов Эстонии», 2006 год.
Öz tarixi boyunca, Bexerovka Paris, Vyana və digər şəhərlərdə düzənlənən sərgilərdə dəfələrlə çoxsaylı mükafat və medallar qazanmışdı.
İstehsal Becherovka A.S. şirkəti hazırda Becherovka likörunun digər növlərinin itehsalı ilə məşğuldur. Likörun fərqli çeşidləri var., məsələn:
Becherovka Original — 1807-ci ildən bəri dəyişməz resepti olan klassik çex liköru. Alkoqolu - 38 %. Becherovka Cordial — cökə ağac çiçəklərinin çalarları ilə hazırlanmış likör. Alkoqolu - 35 %. Becherovka KV 15 — qırmızı şərab əlavəli likör. Alkoqolu - 40 % (artıq istehsal edilmir). Becherovka Lemond — sitrus meyvələrin ətri və dadı ilə hazırlanmış likör. Alkoqolu - 20 %. Becherovka KV 14 — qırmızı aperitiv. Alkoqolu - 40 %. Eyni zamanda likör toniklə də servis olunur, alınan mikstura "beton" (BEcherovka+TONic) adı ilə tanınır. Tonikın acımtıl dadı Bexerovkanın çiçək və otlardan ibarət aromatını xüsusilə vurğulayır. Beton mükəmməl sərinləşdirici hesab olunur.
Müalicəvi xassələri İddiaya əsasən, Bexerovka həzm sistemi üzərində müsbət təsir göstərir (baxmayaraq ki, içkinin bəzi müalicəvi xüsusiyyətləri şübhə altındadır). İçkinin qəbulu Bexerovkanı kiçik qədəhlərə tökürlər və adətən nahardan əvvəl və ya axşam saatlarında qəbul edirlər. Onu təmiz şəkildə və ya çay və qəhvəyə əlavə kimi içmək olar. Bexerovka bir çox kokteylin əsasını təşkil edir (qarağat nektarı və tonik qarışığında). Bir çox insanlar liköru pivə ilə parallel içməyi sevirlər. İçkini soyuq halda içmək məsləhət görülür.
Məşhur istehlakçılar Karlovar spirtli içkisinin ən məşhur pərəstişkarı Çexiya prezidenti Miloş Zemandır. Onun sözlərinə görə, Bexerovka "səhər saat 10-da və axşam vaxtlarında insana əsl zövq verir"Игорь Бурлаков Likier Czeski // Informacje o produkcie Becherovka 0.7l 38%.
Xarici keçidlər
Becherovka official site Becherovka liqueurs info Sale of Johann Becher OHG Radio Prague 2005 on Hedda Baier-Becher İstinadlar
Kateqoriya:Çexiya Kateqoriya:Alkoqollu içkilər Kateqoriya:Çexiya brendləri Kateqoriya:1807-ci ildə tanıdılanlar