Genetik alqoritmlərdə istifadə edilən və bir haldan başqa hala keçmək mənasını verən mutasiya qısaca bir geni meydana gətirən xromosomların dəyişməsidir. Bu dəyişmə aşağıdakı şəkillərdən biri ola bilər:

Tərsləmə (Inversion) Yerləşdirmə (Insertion) Çıxarma (Displacement) Yer dəyişdirmə (Reciprocal Exchange, Swap)

Yuxarıdakı bu mutasiyaları aşağıdakı nümunələr ilə izah edək: Tərsləmə, seçilən bir xromosomun dəyərinin tərsinə çevirilməsidir. Məsələn: 110101 -> 100101 nümunəsindəki ikinci xromosomun tərsi alınmışdır. Yerləşdirmə əməliyyatı, gen düzülməsinə yeni bir xromosom əlavə olunması şəklində olar. Məsələn : 110101 -> 1100101 düzülmənin 3. xromosom əlavə olunmuşdur. Çıxarma əməliyyatı isə düzülmədən bir xromosomun azaldılması ilə reallaşar. Məsələn 110101 -> 10101 düzülmədəki 2. xromosom çıxarılmışdır. Yer dəyişdirmə əməliyyatında da mövcud xromosomlardan birinin sıradakı yerinin dəyişməsidir. Məsələn 110101 -> 100111 düzülmədəki ikinci xromosom ilə 5. xromosom yer dəyişdirmişdir.

Həmçinin Bax Genetik alqoritmlər Alqoritm

Kateqoriya:Alqoritmlər