Cavid Hüseynov () — keçmiş azərbaycanlı futbolçu və məşqçi.

Həyatı Cavid Hüseynov 9 mart 1988-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub.

Futbolçu karyerası Futbolla 10 yaşında Bakı şəhərindəki Respublika Olimpiya İdman Liseyində məşğul olmağa başlamışdır. İlk məşqçisi Rəhman Tağıyevdir.

Peşəkar futbol karyerasına Azərbaycan Premyer Liqasında çıxış edən Tovuzun "Turan" klubunda başlamışdır. Həmçinin Bakının "Olimpik"«Olimpik» (Bakı) — «İnter» (Bakı) 1:0 və "İnter"«İnter» (Bakı) — «Neftçi» (Bakı) 1:0 klublarında çıxış etmişdir.

"İnter" (Bakı) klubunun heyətində 2008 və 2009-cu illərdə Çempionlar Liqası və Avropa Liqasının oyunlarında iştirak etmişdir.

2012-ci ilin yayında Türkiyə 1-ci liqasının "Adana Dəmirspor" klubu ilə müqavilə bağlamış, lakin 2012/13 mövsümünün ortalarında yenidən Bakıya qayıtmışdır.

2014-cü ildən "Qəbələ" klubunun heyətində çıxış etmişdir.

1 iyun 2019-cu ildə Hüseynov "Qəbələ" klubu ilə yollarını ayırmışdır. Bir neçə gün sonra o, "Zirə" klubu ilə iki illik müqavilə imzalamışdır.

Milli komanda

Azərbaycanın əsas milli komandasının heyətində debütü 4 iyun 2008-ci il tarixində Andorra-la-Velya şəhərində, Andorra milli futbol komandasına qarşı keçirilən yoldaşlıq oyunu zamanı baş tutmuşdur.Andorra — Azərbaycan 1:2 Həmçinin, Azərbaycanın 19 yaşadək gənclərdən ibarət milli komandasında da çıxış etmişdir.U-19-un heyəti açıqlandı

Məşqçi karyerası

Cəbrayıl Cavid Hüseynov 2021-ci ildə "Cəbrayıl" futbol klubunu təsis edib. Hal-hazırda klub Azərbaycan Birinci Liqasında çıxış edir.

Şamaxı 22 iyun 2022-ci ildə "Şamaxı" klubunun baş məşqçisi təyin olunub.

Turan Tovuz Hüseynov 2024-cü ildə "Turan Tovuz" klubunda baş məşqçinin köməkçisi kimi çalışıb. 11 noyabr 2024-cü ildə onun klubla müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Səbail 11 noyabr 2024-cü ildə "Səbail" klubunun baş məşqçisi təyin olunub. Onunla 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

16 mart 2025-ci ildə Azərbaycan Premyer Liqası çərçivəsində "Səbail"in "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduğu matçdan sonra keçirilən mətbuat konfransında Cavid Hüseynov klubun rəhbərliyini sərt tənqid edib. Bu tənqiddən bir neçə saat sonra klub Hüseynovun istefaya göndərildiyini bildirib.

Araz-Naxçıvan 16 iyun 2026-cı ildə "Araz-Naxçıvan"ın rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin etmişdir. 15 avqustda, 2026/27 mövsümünün I turunun keçirildiyi gün "Araz-Naxçıvan"ın əsas komandasının baş məşqçisi vəzifəsinə Zaur İsmayılov təyin edilmişdir. Bununla belə, klub rəhbərliyinin daxili qərarına əsasən, Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümündə A komandasının məşq və oyun proseslərinin idarə edilməsi, taktiki-texniki hazırlıq, nəticələr, eləcə də mətbuatla ünsiyyət (mətbuat konfransları və açıqlamalar) Cavid Hüseynova tapşırılmışdır. Həmin gün MPL I tur çərçivəsində Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi kimi ilk rəsmi oyununu "İmişli"yə qarşı keçirmiş, görüşdə hesab açılmamışdır.

Şəxsi həyatı Evlidir, üç övladı var. Cavid Hüseynovun atası Birinci Qarabağ müharibəsinin şəhididir.

Uğurları Qəbələ FK Futbol üzrə Azərbaycan Kuboku 2018–19

2012-ci ilin yayında Hüseynov iki illik müqavilə imzalayaraq TFF Birinci Liqa təmsilçisi Adana Dəmirspora keçdi.

5 iyul 2014-cü ildə Hüseynov Qəbələ ilə bir illik müqavilə imzaladı.

17 oktyabr 2016-cı il tarixində, 2016–17 mövsümünün sonuna qədər Qəbələ ilə yenidən müqavilə imzaladı.

Mükafatları Neftçi Bakı

Azərbaycan Premyer Liqası: 2010–2011 ; 2011–2012

Qəbələ FK

Azərbaycan Kuboku: 2018–2019

İstinadlar

Xarici keçidlər Azerbaijani journalist dies after criticising footballer on Facebook Azerbaijan’s Javid Huseynov arrested in connection with death of journalist

Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular