Adriatik dənizi () — Aralıq dənizi hövzəsində, Apennin və Balkan yarımadaları arasında yarımqapalı dəniz.

Şimalda dayaz Venesiya körfəzini əmələ gətirir. Cənubda onu Otranto boğazı İon dənizi ilə birləşdirir. Duzluluğu 30–38 promilledir. Mühüm limanları — Venesiya, Ankona, Bari, Brindizi, Split və s. Bu dəniz İtaliya (1000 km-dən çox), Sloveniya (47 km), Xorvatiya (1777 km), Bosniya və Herseqovina (20 km), Monteneqro (200 km), Albaniya (472 km) sahillərini yuyur.

Coğrafiyası Adriatik dənizinin sahəsi 139 min km², dərinliyi dənizin şimal hissəsində 20 m-dən cənub-şərq hissəsində 1230 m-ə qədərdir. Dibi şimal-qərbdən cənub-şərqə doğru tədricən yamaclı çuxurdur. Cənub hissəsində Otranto boğazı vasitəsilə İon dənizi ilə birləşir. O, quruya 796 kilometr uzanır, dənizin eni 93 kilometrdən 200 kilometrə qədərdir.

Qərb sahilləri əsasən adüzənlik, şərq sahilləri dağlıqdır. Şimal-qərb və qərb sahilləri alçaq, bəzən laqunaldır: dənizin bu hissəsi çayların (əsasən Po və Adige) çöküntüləri ilə doludur. Şərq sahillərinin yaxınlığında, Balkan yarımadasının qərb hissəsi çökən zaman dağlararası vadiləri su altında qalan Dinar yüksəkliklərinin sahil silsilələrinin zirvələri olan Dalmatiya adaları yerləşir. Sahillər körfəzlərlə çox girintilidir və limanlarla zəngindir. Əsas körfəzlər Venesiya, Trieste və Manfredoniyadır. Sahildən kənar dəniz dərindir, bu da naviqasiyanı asanlaşdırır. Ən böyük sahil adaları: Krk (405 km²), Cres (405 km²), Brac (395 km²), Hvar (300 km²), Pag (285 km²) və Korcula (276 km²).

Həmçinin bax Avloniya (körfəz)

İstinadlar

Kateqoriya:Avropa dənizləri Kateqoriya:Aralıq dənizi dənizləri Kateqoriya:Xorvatiyanın su obyektləri Kateqoriya:Albaniya dənizləri Kateqoriya:Monteneqronun su obyektləri Kateqoriya:Bosniya və Herseqovinanın su obyektləri Kateqoriya:Sloveniyanın su obyektləri Kateqoriya:Cənubi Avropa coğrafiyası Kateqoriya:Mərkəzi Avropa coğrafiyası