Athena — Türkiyənin ska və pank rok musiqi grupu. Gökhan Özoğuz və Hakan Özoğuz qrupun dəyişilməz üzvləridir. Türkiyəyə Ska və Pankı onlar gətirmişdilər. Holigan albomunun eyniadlı mahnısı futbol matçlarının dəyişməz sloganı oldu; eyni zamanda A Milli Basketbol komandası üçün yazıldığı "12 Dev Adam" mahnısı isə basketbol komandasının simvoludur. Bir çox rok musiqi dinləyicilərin fikrincə, Athena Türkiyənin ən yaxşı rok qruplarındandır"Anatolianrock.com " Athena Biyografisi. Tarix Yaranma və One Last Breath (1987-1997) Hakan və Gökhan Özoğuz qardaşlarının musiqi sevdası 1987-ci ilin Afina macərası ilə başlanqıc nöqtəsi olaraq qəbul edilir. O vaxtlar hələ 11 yaşında olan və məktəb həyatı ilə maraqlanmayan Hakan və Gökhan keçmiş Pentaqram gitaristi Ümit Yılbardan gitara dərsləri almaq üçün hazırlaşmağa başladılar, sonradan isə Əkmər Pasajında elanlar asaraq, qrupu tamamlayacaq bas gitarist ve nağaraçı axtarışına çıxdılar. İşlərinin ilk mərhələsində Gökhan və Hakan və qrupa qatılan dostlarla birgə studia və musiqi alətlərini kirayə aldılar. O zamanlar D.R.I, S.O.D, Nuclear Assult, Slayer, Megadeth və Metallica kimi qruplardan ilhamlanan Athena, 4 mahnını özündə birləşdirən və hardcore thrash sound’lu ilk demolarını da yazmağa başladılar. Lakin bas gitarist və nağaraçı problemi hələ də mövcud idi. GBir neçə kadr dəyişikliyindən sonra, nəhayət 1990-cı ildə, Gökhan və Hakan, Turgay Gülaydın (nağara), Asrın Tuncer (bas gitara) və Ferit Tunçer (vokal) ilə nəhayət Athena tam formalaşmış bir qrupa çevrildi və böyük sürətlə musiqi aləminə ayaq basdı. 1993-cü ildə thrash sound’lu ilk albom One Last Breath satışa çıxarıldı. Albom satışa çıxmasından bir müddət öncə, bas gitarist Asrın Tuncer və vokal üzrə Ferit Tunçer qrupdan ayrılmışdı. Avroviziya Mahnı Müsabiqəsi (2003-2004)
TRT telekanalı, 2003-cü ildə Sertap Erenerin Avroviziyadaki uğrundan sonra Türkiyədə keçiriləcək 49-cu Avroviziya Mahnı Müsabiqəsi üçün iddialı bir qrup axtarışına çıxdı. Athena qrupu ilə edilən görüşlər müsbət danışıqlarla birdikdən sonra, Türkiyəni məhz Athena təmsil edəcəyi açıqlandı. For Real adlı mahnı ilə yarışmaya qatılan Athena, 195 balla 4-cü yerə layiq görüldü.
Geri qayıdış (2009-cu ildən sonra)
Atalarının ölümü ilə dağılan qrup üzvləri Gökhan və Hakan qardaşları bir müddət İngiltərədə yaşayırdılar və bu 4 il ərzində mahnılar yazıb bəstələdilər və 2010-cu ildə yeni albom buraxdılar. 2010-cu ilin May ayında "Pis" adlı studiya albomu qrupun sayca 8-ci albomu oldu.
Tərkib İndiki üzvlər Gökhan Özoğuz-(vokal, gitara) Hakan Özoğuz-(gitara, vokal) Umut Arabacı-(bas gitara) Sinan Tınar-(nağara) Emre Ataker - (musiqili klaviatura)
Keçmiş üzvlər Asrın Tuncer-(bas gitara) (1990-1993) Ferit Tunçer-(vocal) (1991-1993) Ozan Karaçuha-(bas gitara) (1993-2002) Canay Cengen-(bas gitara) (2002-2003) Turgay Gülaydın-(nağara) (1990-2002) Doğaç Titiz-(nağara) (2002-2004) Burak Gürpınar-(nağara) (2004-2007) Ozan Musluoğlu-(bas gitara) Alican Tezer-(nağara)
Diskoqrafiya Albomlar One Last Breath (1993) Holigan (1998) Tam Zamanı Şimdi (2000) Mehteran Seferi (EP) (2001) Herşey Yolunda (2002) US (2004) Athena (2005) İT (EP) (2006) 100 Şerefli Yıl (EP) (2007) Pis (2010) Ben böyleyim (EP) (2011)
Chartlarda pozisiyaları
Albom Single Ən yüksək pozisiya Türkiyə<ref>Billboard Türkiye Top 20 9 Mayıs 2011 tarihinde erişilmiştir.</ref> Türkiyə Roku<ref>Billboard Türkçe Rock Top 20 Alındı 2 Şubat 2009</ref>30px AvropaPis"Arsız Gönül"20Türkçe Nielsen Top 20 Listesi 9 Mayıs 2011 tarihinde erişilmiştir.3—
Web links
Fan site Paramparça : Athena Fan site
İstinadlar
Kateqoriya:Türkiyə musiqi qrupları Kateqoriya:Musiqi qrupları Kateqoriya:1987-ci ildə yarananlar Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Türkiyə rok-qrupları Kateqoriya:1987-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Türkiyənin "Avroviziya" təmsilçiləri