Teymur Kərimli (tam adı: Kərimli Teymur Həşim oğlu; ) — filologiya üzrə elmlər doktoru, akademik, tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvü (2014). Hazırda AMEA Əlyazmalar İnstitutunun direktorudur.

Həyatı Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində doğulmuşdur. Teymur Kərimli orta məktəbi qızıl medalla bitirib (1970), indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış (1975), Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləmişdir.

Teymur Kərimli 1977–1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Teymur Kərimli Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvüdür (2014). 2010-cu ildə "Heydər Əliyev və klassik ədəbiyyat" araşdırmasına (həmmüəlliflərlə) görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur.

Teymur Kərimli otuz ildən artıq AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər İnstitutun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinə rəhbərlik edib. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktoru vəzifəsində (2002–2003-cü və 2012–2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı işləyib) çalışmışdır.

Teymur Kərimli eyni vaxtda "Elm" nəşriyyatının baş redaktoru işləmiş (1990–2000), bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik "Azərbaycan Ədəbiyyatı tarixi"-nin bəzi cildlərinin məsul redaktoru, "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru olmuşdur.

2007-ci ildə Humanitar və İctimai elmlər bölməsi, ədəbiyyatşünaslıq ixtisası üzrə AMEA-nın müxbir üzvüdür. 2014-cü ildən isə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir.

Teymur Kərimli müxtəlif illərdə Rusiyada, İranda, İraqda, Türkiyədə, Suriyada, Macarıstanda, Fransada, İtaliyada və Hindistanda, MDB ölkələrində keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

Elmi fəaliyyəti Teymur Kərimli "Nizami və tarix", "Görünməyən Füzuli", "Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası", "Gözəllərin axıra qalmışı", "Şərqin qapısından dünyaya", "Hicran ömrü", "Akademik Əhməd Mahmudov", kitablarının, ümumtəhsil məktəblərinin X sinifləri üçün "Ədəbiyyat" dərsliyinin və yüzdən artıq elmi məqalənin müəllifidir.

Tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır.

Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M. P. Vaqif, S. Ə. Şirvani, M. Ə. Sabir, M. Şəhriyar, H. Cavid kimi görkəmli söz ustalarının ədəbi irsini tədqiq etmişdir.

Mükafatları "Heydər Əliyev və klassik ədəbiyyat" araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatına layiq görülmüşdür. 2010. AMEA Rəyasət Heyəti tərəfindən məhsuldar elmi və elmi-təşkilati fəaliyyəti, Azərbaycan elminin inkişafındaki xidmətlərinə görə AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir.2013. Ümumtürk mədəniyyətinə, ədəbiyyatına xidmətlərinə görə Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən "Mahmud Kaşğari" medalı ilə təltif olunmuşdur. 2018. Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində "Azərbaycan tarixi və mədəniyyəti Mərkəzi" nin qurulması, Azərbaycan və Qazaxıstan elmi ictimaiyyəti arasında əlaqələrin yaradılmasındakı yubiley medalı ilə təltif olunmuşdur. 2018. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" (1918–2018)" Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. 2018. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar keçirilən elmi simpoziumda iştiraki zamanı Serbiya Kral Akademiyasının təsis etdiyi "İvo Andriç" yubiley medalı ilə təltif olunmuşdur. 2019. Moldovanın paytaxtı Kişniyovda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə iştirakina görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Təşəkkürnamə" ilə təltif olunmuşdur. 2019. Nəsiminin 650 illik yubileyi ilə əlaqədar elan olunmuş "Nəsimi ili" nin nəticələrinə əsasən "Fəxri Ferman" la təltif olunmuşdur. 2020. "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərman"ı ilə təltif olunmuşdur. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Nizami Gəncəvi" medalı ilə təltif edilmişdir. "Nizami Gəncəvi İli"ndə xüsusi fəaliyyətinə görə AMEA-nın "Fəxri Fərman"ı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı ilə təltif edilmişdir. 2022. Azərbaycan Respublikasının Prezidentinin elan etdiyi "Şuşa ili"ndə məhsuldar fəaliyyətinə görə AMEA-nın "Fəxri Fərman"ı ilə təltif olunmuşdur. 2022. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyat Universitetinin təsis etdiyi "Əlişir Nəvai" medalı ilə təltif olunmuşdur. 2023. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Elm günü və Həmkarlar İttifaqı işində iştirakına görə "Fəxri Fərman"la təltif edilmişdir. 2023. 2 oktyabr 2023-cü — ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib 2 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

Kitabları 1. Nizami və tarix. Bakı, Elm, 2002

2. Görünməyən Füzuli. Bakı, Elm, 2003

3. Akademik Akif Əlizadə: İstedadla enerjinin harmoniyası. Bakı, Nafta-Press, 2004

4. Ədəbiyyat: Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün dərslik. Bakı, Çaşıoğlu, 2007

5. Şərqin qapısından dünyaya. Bakı, Çaşıoğlu, 2009

6. Ədəbiyyat: Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün dərslik. Bakı, Çaşıoğlu, 2009.

7. Gözəllərin axıra qalmışı. Bakı, Çaşıoğlu, 2010.

8. Hicran ömrü. Bakı, Çaşıoğlu, 2010.

9. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün dərslik. Bakı, Çaşıoğlu, [Azərbaycan Respublikası Təhsil Nazirliyi], 2012.

10. Teymur Kərimli: Akademik Əhməd Mahmudov. Bakı, İndiqo, 2013.

11. Akademik Mirzə İbrahimov. Bakı, Elm, 2015

12. Teymur Kərimli. Çağdaşımız Nəsimi. Bakı, Elm və təhsil, 2019.

13. Teymur Kərimli: Nizami və tarix, monoqrafiya. Bakı, Elm, 2021

14. Teymur Kərimli. Şuşanamə, Şuşa ilinə. Bakı, Elm və təhsil, 2022.

15. Teymur Kərimli. Heydər Əliyev və klassik irs. Bakı. Elm və təhsil, 2023.

16.Керимли Т. Академик Ахмед Махмудов. Баку, 2013.

Filmoqrafiya Söz körpüsü... Akademik Həmid Araslı (film, 2010)

Məqalələr 1. Nizami və təbiət: Yeddi Gözəl poeması üzrə. Azərbaycan təbiəti. 1980. № 21, S. 34–35.

2. Yeddi gözəl poeması və folklor. Aspirantların respublika konfrans materialları. Bakı, 1980. S. 107–110.

3. Nizaminin "Yeddi gözəl" poeması ilə Firdovsi "Şahnamə"si arasında bəzi paralellər. "Nizami və dünya ədəbiyyatı" beynəlxalq elmi konfrans materialları. Bakı, 1982. S. 56–57.

4. Nizaminin "Yeddi gözəl" poeması və Şərq tarixi xronikaları. Bakı şəhər gənc alimlərinin elmi-praktik konfrans məruzələrinin tezisləri. Bakı, 1982. S.56.

5. Yeddi gözəl poemasının bədii dil xüsusiyyətləri. Gənc alimlərin III respublika konfrans məruzələrinin tezisləri. Bakı, 1982. S.5.

6. Yeddi gözəl poemasının yarandığı tarixi şərait. Azərbaycan, SSR. EA-nın xəbərləri: ədəbiyyat, dil, incəsənət seriyası. 1982. № 2. S. 9–12

7. Qızıl döyüşçü kimdir? Ədəbiyyat və incəsənət. 1984. 21 dekabr

8. Məlik bəy Avçı. Ədəbiyyat və incəsənət. 1984. 15 iyun.

9. Nizami lirika və liriklik haqqında. "Dünya ədəbiyyatında lirikanın inkişafında Nizaminin rolu və "Xosrov və Şirin" poemasının 800 illiyi" mövzusunda ümumittifaq elmi konfrans məruzələrinin tezisləri. Bakı, 1984. S. 43–44.

10. Şərq ədəbiyyatlarında "Bəhramnamə" sujetinin bəzi inkişaf xüsusiyyətləri. Gənc ədəbiyyatşünasların IV respublika məruzələrinin tezisləri. Bakı, 1984. S.96

11. Nizami irsinə məhəbbət: (Dünya ədəbiyyatında lirik janrın inkişafında Nizaminin roluna və "Xosrov və Şirinin" poemasının 800 illiyinə həsr olunmuş konferans haqqında) Elm, 1985–22 aprel. S.3

12. Nizami ənənələri haqqında yeni tədqiqat.(Q. Əliyevin Moskvada nəşr olunan "Şərq xalqları ədəbiyyatlarında Nizami mövzuları və süjetləri" monoqrafiyasi haqqında) Kitablar aləmində. 1986, № 1. S. 9–11.

13. Klassik irsin nəşri. Ədəbiyyat və incəsənət. 1987–13 fevral.

14. "Mətləül-etiqad"ın yeni tərcüməsi. Ədəbiyyat və incəsənət. 1988, 17 iyun.

15. Xətai yaradıcılığında sufizmə dair bəzi polenik qeydlər. Azərbaycan mədəniyyəti tarixi məsələləri: Gənc alimlərin elmi-nəzəri konferanas materialları. Bakı, 1988. S. 5–7.

16. Azərbaycan ədəbiyyatında rübai və tuyuq janırları. Azərbaycan ədəbiyyatının taruxu poetikası. Bakı, 1989. K.1, S. 66–83.

17. "Leyli- Məcnun" poeamsı və tarix. "Leyli-Məcnun" poemasının 800 illiyi və nizamişünaslığın aktual problemləri" beynəlxalq elmi konferans materialı. Bakı, 1989. S. 26–27

18. VII–XII əsrlər Azərbaycan şeiri: müqəddimə. Azərbaycan klassik ədəbiyyatından seçmələr. 20 cilddə, C2, VII–XII əsrlər Azərbaycan şeiri.tərtib edən: Ə. Mirəhmədov, S. Xanbabayeva. Bakı, 1989. S. 5–15

19. Dahi şair, böyük mütəfəkkir: (Nİzami Gəncəvi haqqında) Azərbaycan məktəbi, 1992, № 1–2. S.27.

20. Çağdaş füzulişunaslığa bir nəzər. Elm, 1993–14 noyabr.

21. Nizaminin "İskəndərnamə" poeması və tarix. Nizami Gəncəvi: Elm və ədəbi-bedii jurnalı. 1993, № 3.

22. Füzuli irsinin tədqiqi problemləri. Gənc ədəbiyyatşünasların respublika konferans materialları. Bakı, 1994. S. 50–51.

23. Füzuli qəzəllərində təcnis. Azərbaycan EA xəbərləri. Xüsusi buraxılış: Füzuli 500. Bakı, 1996. S. 29–34.

24. Qazi Bürhaneddin və Azərbaycan ədəbiyyatında tuyuq janrı. Ana sözü. 1996. № 5–6. S. 17–20.

25. Poetik obrazlarda gözlənilməzlik effekti. Xalq qəzeti. 1996–4 noyabr.

26. Fərdin tarixliyi və Füzuli "Leyli və Məcnun"unda tarix. Məhəmməd Füzuli — 500 : Beynəlxalq Füzuli simpoziumunun mater. (Bakı, 7–8 noyabr,1996) Bakı, 1997. S. 165–170.

27. Füzuli Azərbaycan poeziya məktəbinin yeni mərhələsidir. "Can sözdür, əgər bilirsə insan": məqalələr məcmuəsi. Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyi, Gənc Alimlər Şurası. Bakı, 1997. S. 80–82.

28. Füzuli poetik obrazlarında gözlənilməzlik effekti. Elm, 1999–5 may.

29. Son illərin ədəbiyyatşünaslığı ətrafında düşüncələr. Çağdaş ədəbiyyatşünaslığın problemləri: məqalələr toplusu. AMEA, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi. Bakı, Elm, 2000. S. 33–38.

30. Görünməyən Füzuli:(tekstologiya probıemləri haqqında) Ədəbi-nəzəri fikir iki əsrin qovşağında. Bakı, 2001. S. 85–101.

31. "Xəmsə"də meracnamə janrı. Azərbyacan MEA məruzələri. 2001. № 3–4. S. 201–209.

32. Nizami "Xəmsə" sində Tanrı obrazı. Azərbaycan MEA Xəbərləri: ədəbiyyat, dil, incəsənət seriyası. 2001 — № 3–4. S. 42–53.

33. "Xəmsə"də tarixi şəxsiyyətin bedii təqdimi: mif və antimif. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Bakı, 2002. C.13. S. 190–205.

34."Xəmsə"nin poetikası. Azərbaycan MEA Xəbərləri: humanitar və ictimai elmlər seriyası. 2002. № 2. S. 11–14.

35. Nizami tarixdə. Kontekst: toplu, Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələr Mərkəzi. Bakı, 2002 № 2. S. 11–14. fransız dilində.

36. Nizami və tarix. Elm və heyat. 2002, № 4. S. 27–28.

37. Nizzami və türk tarixi. Türkologiya. 2002. № 3–4. S. 112–114.