Vill Çalker () — tanınmış ingilis Top-Model və peşəkar boksçu. Models.com's saytının "Money Guys" siyahısında 15-ci yeri tutur.

Karyera Vill model karyerasına 20 yaşında (2000-ci ildən) başlamışdı. Çalker 2003-cü ildə Paco Rabanne kompaniyasının Black XS parfümünün reklamının çəkilişlərindən sonra çox populyarlaşmışdı. O vaxtdan bəri o J. Crew, YSL, Perry Ellis, Wormland, Valentino, Mark O'Polo, Zara, Bottega Veneta, Louis Vuitton, Shiatzy Chen, Dsquared2, Gap, Ermenegildo Zegna və Paul Smith kimi bir çox reklam kampaniyaların çəkilişlərində iştirak etmiş, GQ, l'Uomo Vogue, i-D, Wallpaper, Esquire və Upstreet jurnalların üz qabığını bəzəmişdi. O, British Fashion Awards'un "Ən yaxşı Kişi-Model" nominasiyası üzrə namizədliyi irəli sürülmüş ilk insandır.

Maraqlı faktlar Vill Çalkerin anketi: Boyu : 185 sm Çəkisi : 75 kq Sinə ətrafı : 102cm Beli : 83cm Omba genişliyi : 98cm. Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Yaşıl Ayaqqabı ölçüsü : 45 Paltar ölçüsü :

Fiziki xarakteristikalar Vill öz qüsursuz bədəninə, dar ombasına, kişi kimi üz cizgilərinə görə model biznesində çox populyardı.

Şəxsi həyatı Villın şəxsi həyatı haqda məlumatlar o qədər də çox deyil. Uzun müddət gəzən şayiələrə əsasən, Vill İspaniyada fotosessiya zamanı bir vizajistlə tanış olub və onunla görüşməyə başlayıb. Həmin gənc ispaniyalı (adı qeyd olunmur) Vill ilə sosial şəbəkələrdə bir neçə şəkildə görünür.

Agentliklər , New York Model Management , Unique Models — Kopenhagen , Models 1 Agency — London , LA Models — Los-Anceles , Mega Models Agency — Hamburq , Fashion — Milan , Traffic Models — Barselona , MGM — Paris

İstinadlar

Web links Will Chalker Photos nymag.com profili

Kateqoriya:İngiltərədə doğulanlar Kateqoriya:İngiltərə fotomodelləri