Nikolay İvanoviç Buxarin (; ) — sovet partiya və dövlət xadimi, publisist, iqtisadçı, SSRİ Elmlər Akademiyası akademiki. (1929).

Həyatı Nikolay İvanoviç Buxarin 27 sentyabr 1888-ci ildə anadan olmuşdu. Nikolay Buxarin 15 mart 1938-ci ildə vəfat edib.

1907–11-ci illərdə Moskva universitetinin hüquq fakültəsində oxumuşdur. 1906-cı ildən RSDFP üzvü, bolşevik idi. 1909–10-cu illərdə dəfələrlə həbs olunmuş, 1911-ci ildə Arxangelsk quberniyasına sürgünə göndərilmiş, tezliklə oradan qaçaraq mühacirət etmişdir. Yazıları Rusiya və Almaniyanın sosial-demokrat nəşrlərində dərc olunmuşdur.

Fevral inqilabından (1917) sonra Rusiyaya qayıdan Buxarin "Sosial-demokrat" qəzetinin və "Spartak" jurnalının redaktoru, RSDF(b)P Moskva vilayət bürosunun, fəhlə və əsgər deputatları Moskva sovetinin icraiyyə komitəsinin üzvü olmuşdur. RSDF(b)P-nin 6-cı qurultayında (1917) MK üzvü seçilmişdir. Moskvada bolşevik üsyanının (1917, oktyabr–noyabr) təşkilində iştirak etmişdir.

Yaradıcılığı Partiya xadimi N. İ. Buxarin (1888–1938) qeyd edirdi ki, əgər belə getsə proletar ədəbiyyatı məhv olacaqdır.Bax: Г. А. Бордюгов, В. А. Козлов. История и конъюнктура. – Москва, 1992, с.87–111.

1917-ci ilin dekabrından "Pravda" qəzetinin baş redaktoru, Müəssislər məclisinin üzvü olmuşdur. 1917-ci ilin sonu –1918-ci ilin əvvəllərində Almaniya ilə sülh bağlanmasının ələyhinə çıxan "sol kommunistlər" qrupunun lideri idi. RK(b)P-nin 8-ci qurultayında (1919) qəbul edilmiş partiyanın yeni proqramının müəlliflərindən biri olmuşdur Sosialist (1924-cü ildən Kommunist) akademiyasının təsisçilərindən və Rəyasət Heyəti üzvlərindən biri idi. 1924-cü ildən MK Siyasi Bürosunun, ÜRMİK və SSRİ MİK üzvü, 1926-cı ildən Kommunist internasionalının baş katibi olmuşdur.

"Keçid dövrünün iqtisadiyyatı" adlı kitabında (1920) "hərbi kommunizm" siyasətini müdafiə etmiş, lakin Vətəndaş müharibəsindən (1917–22) sonra "ideyalarımızın iflasa uğramasını" etiraf edərək V. İ. Leninin son ideyalarının fəal təbliğatçısına çevrilmişdir. Buxarin göstərirdi ki, SSRİ-də sosializmin qələbəsini bazar rəqabəti, fəhlə və kəndlilərin "ikisinifli cəmiyyətində" (proletariatın diktaturasının saxlanılması ilə) vətəndaş barışığı, həmçinin kənddə fərdi və kooperativ təsərrüfatların inkişafı təmin etməlidir.

V. İ. Leninin ölümündən sonra baş verən hakimiyyət uğrunda mübarizədə L. D. Trotskiyə qarşı çıxan Q. Y. Zinovyevi, L. B. Kamenevi və İ. V. Stalini, 1926–27-ci illərdə isə Zinovyev və Kamenevin "yeni müxalifətinə" qarşı çıxan İ. V. Stalini dəstəkləmişdi. 1928–29-cu illərdə Siyasi büroda A. İ. Rıkov və M. P. Tomski ilə birlikdə Stalinin yeni iqtisadi siyasətdən (YİS) imtina etmək kursuna qarşı çıxan "sağ müxalifəti" təşkil etmişdi. 1929-cu ildə tutduğu vəzifələrdən azad olunmuşdur.

Həmin ilin sonunda "sağ müxalifətin" mövqeyinin səhv olduğunu etiraf etsə də, Siyasi Büronun üzvlüyündən çıxarılmışdır. Buxarin Xalq Təsərrüfatı Ali Şurası (XTAŞ) elmi-tədqiqat sektorunun müdiri və onun Rəyasət Heyətinin üzvü (1929–32), eyni zamanda 1931-ci ildən "Sosialist yenidənqurması və elm" jurnalının redaktoru olmuşdur. 1932-ci ildən Ağır Sənaye Xalq Komissarlığı kollegiyasının üzvü və istehsalat-texnika təbliğatı sektorunun müdiri idi. ÜİK(b)P-nin 17-ci qurultayındakı (1934) çıxışında Stalin ətrafında birləşmək təklifi ilə çıxış etmiş, nəticədə MK üzvlüyünə namizəd seçilmiş və "İzvestiya" qəzetinin baş redaktoru təyin olunmuşdu. 1935-ci ilin fevralından SSRİ-nin yeni Konstitusiya layihəsini işləyib hazırlayan komissiyanın üzvü idi. SSRİ Ali Sovetinə bitərəflər ittifaqından namizədlərin iştirakı ilə alternativ seçkilərin tətbiq edilməsi təklifini irəli sürmüşdü. 1936-cı ildə yenidən bütün vəzifələrindən kənarlaşdırılmış, 1938-ci ildə güllələnmişdir. 1988-ci ildə bəraət alaraq partiya sıralarına bərpa edilmişdir.

Həmçinin bax Vətəndaş müharibəsi

İstinadlar

Xarici keçidlər Nikolay Buxarin

Kateqoriya:Rusiya tarixi Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Edam olunmuş ruslar Kateqoriya:Rusiya ateistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:ÜİK(b)P-nin XVI qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XV qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XIV qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVI konfransının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XV konfransının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən xaric edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə bərpa edilənlər Kateqoriya:RK(b)P-nin XIV konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XI konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin X konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin IX konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin VIII konfransının nümayəndələri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:RK(b)P-nin XI qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:Rusiya memuarçıları Kateqoriya:SSRİ şəxsləri Kateqoriya:İmperializm tədqiqatları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:RK(b)P-nin IX qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VII qurultayının nümayəndələri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar Kateqoriya:RSDF(b)P-nin VI qurultayının nümayəndələri