Mikroseysm ( (kiçik) + (zəlzələ)) — insan fəaliyyətinin və ya təbii proseslərin təsiri ilə baş verən Yer qabığının kiçik amplitudalı titrəyişləri.

Şəhərlərin yaxınlığında Yer səthində qeydə alınan titrəyişlərin seysmoqramında şəhər həyatının fazaları açıq-aydın görünür: iş gününün başlanması və başa çatması, nahar fasiləsi və s. Bu cür mikroseysmik fonu minimuma endirmək və ya ondan tamamilə qaçmaq üçün seysmik stansiyalar adətən şəhərlərdən uzaqda yerləşdirilir.

Mikroseysmlər 3 növə bölünür:

Qısamüddətli mikroseysmlər — saniyənin yüzdə birlərindən 2–3 saniyəyədək; Birinci dərəcəli mikroseysmlər — 2–3 saniyədən 6–10 saniyəyədək; İkinci dərəcəli və ya uzunmüddətli mikroseysmlər — titrəyiş dövrü 12–15 saniyədən artıq.

Həmçinin bax Seysmik dalğalar Zəlzələ

İstinadlar

Kateqoriya:Seysmologiya