İmcın müharibəsi (1592–1598) ("İmcin" — çinli cədvəlinə görə 1592-ci ilin adı) — koreyalıların yaponlara qarşı vətən müharibəsi.
Ümumi məlumat Yaponiya Koreyaya müdaxilə üçün 220 minlik qoşun və bir neçə yüz gəmisi olan donanma hazırlamışdı. 1592-ci ilin yazından yaponlar bir neçə qrupla Koreya sahillərinə sarı üzdülər. 1592-ci ilin mayın axırında onlar 18 minlik qoşunla Busanda,22 min Koreyanın cənubunda və 11 min nəfər qoşunla Naktonqan çayının mənsəbində endilər. Bundan sonra Koreyaya əsas qüvvələr, 80 minlik ordu və donanma göndərildi. Azsaylı koreyalı hökumət qoşunları dalbadal məğlubiyyətə urayırdılar. Yaponlar Çhoncu şəhərini ələ keçirərək Koreyanın paytaxtı Hansona tərəf hərəkət etdilər və iyulun əvvəlində onu döyüşsüz aldılar. Sonra onlar şimal-qərbə və şimal-şərqə hərəkət edərək İmcinqan çayında koreyalı qoşunların müqavimətini qırdılar, və Keson və Pxenyan şəhərlərini tutdular. Lakin yaponların əlində ancaq dayaq məntəqələri vardı, bütün qalan kənd ərazilərində onlar şiddətli xalq müqaviməti ilə qarşılaşdılar. Bu ərazilər, 1592 ilin payızında bütün əyalətlərdə partizan müharibəsinə başlayan, Koreya hökuməti və "Iyben" (Ədalət ordusu) xalq qoşunları üçün baza olaraq qalırdı. Müharibənin gedişinə Li Sun Sinin başçılığı altında koreyalı donanmanın yapon donanmasını dörd döyüşdə məğlub etməsi və yaponların qurudan və dənizdən kombinasiyalı hücum planlarını iflasa uğratması da böyük təsir göstərdi. Yaponlar üzərində ən böyük qələbəsini koreyalı donanma 1592-ci ilin noyabrında Pusanda çaldı. Burada 470 dən çox yapon gəmisini müəyyən edən Li Sun Sin az qüvvələrlə onlara hücum etdi. Döyüş gedişində Li Sun Sin birinci sıraya "kobukson"(bağa gəmilər) adlanan metal lövhələrlə örtülmüş, yüksək silah və manevr imkanları olan gəmilərini qoydu. Döyüşdə yaponların 100 çox gəmisi yandırıldı. Xalq ordusunun, hökumət qoşunlarının, donanmanın birgə səyləri və çinlilərin köməyi ilə, 1593-cü ilin əvvəlində Pxenyan, bütün Şimali və Mərkəzi Koreya azad edildi. Yaponlar sülh bağlamağa məcbur oldular. 1597-ci ilin əvvəlində onlar əməliyyatları davam və koreyalı donanmanı darmadağın edərək, Koreyaya çoxsaylı qoşun ötürdülər. Ancaq onların bu cəhdi da uğursuz oldu. Çin vəziyyətin təhlükəli olduğunu anlayaraq Koreyaya 140 minlik qoşun göndərdi.Onların birgə səyləri ilə yapon ordusu Busana tərəf çəkildi və Koreyanın cənub limanlarında mühasirə vəziyyətinə düşdü. 1598-ci ilin noyabrında Li Sun Sinin komandası altında çin-koreya donanması, yaponların Koreyadan qoşunları çıxarmaq istəyən 500 gəmilik donanmasının qarşısını kəsdi. Döyüşdə yaponlar 10 min adam və 200 gəmi itirdilər. Müharibə yaponların tam məğlubiyyəti ilə bitdi. Müharibədə yeni silahlar və döyüş taktikaları öz inkişafını davam eltdirdilər. Koreya ordusu nizami oldu. O üç qoşun növündən ibarət idi: piyada, oxçu və odlu silahlanmış. Bu yeni taktikanın yaranmasına gətirdi. Müharibədə eləcə də partizan taktikası inkişaf etdi. Şəhərlərin mühasirəsində koreyalılar xüsusi qüvvələr təşkil etdilər, onlar koreyalı Li Çon Sonun icad etdiyi partlayıcı mərmilər atan toplrdan istifadə edirdi. Eləcə də donanma və dəniz taktikası xeyli inkişaf etdi.Военная энциклопедия в 8 томах."Д"-квартирьер. Москва. Военное издательство.1995
Müharibənin səbəbləri Müharibənin düşünülməsi və həyata keçiriliməsi məşhur Orta Əsrlər yapon siyasi xadimi Toyotomi Hideyösinin adı ilə bağlıdır. Yürüşdən dərhal sonra yazılmış "Tayko Hideyösinin Koreya yürüşünün səbəbləri" kitabında belə izah var: Bir dəfə Hidəyösi paytaxt məbədi Tofukudziyə gedir və orada bu məbədin əsasını qoyan, XIII əsrdə yaşamış Əndzinin təsvirini görür, və birdən onun ağlına öz adını əbədiləşdirmək fikri gəlir. Lakin bunun üçün Yaponiyanın özü yetmirdi, gərək o öz adını Yaponiyadan kənardakı ölkələlə bağlamış olaydı. Kitabın müəlliflərinin fikrincə Xidəyösinin işğalçılıq niyyəti buradan yaranmışdı. İmcin müharibəsinin əsl səbəblərindən danışarkən, xalq etirazlarını nəzərə almaq lazımdır. Hidəyösinin, xalq etirazlarını səngitmək üçün əl addığı tədbirlər, istənilən nəticəni vermirdi. Buna görə o ümid edirdi ki, böyük insan kütləsini xarici işğallarla məşğul etmək lazımdı. Burada müəyyən tərzdə Hideyösinin daxili və xarici siyasətləri arasında sıx əlaqə vardı. Toyötomi Hidəyösi və onun ətrafı düşünürdülər ki, bununla onlar daxili sosial -iqtisadi çətinlikləri həll edə bilərlər. Xarici istila onların fikrincə daxili ziddiyətləri barışdırmalıydı.
Yapon tarixşunaslığında rəsmi bəhanə kimi Korenin yapon qoşunlarını Çinə hərəkət etmək üçün öz ərazisindən buraxmaması göstərilir.
Yürüşə hazırlıq thumbnail|150px|Yaponların İmcin müharibəsi vaxtı istifadə etdikləri tüfəngləri-taneqasimalar Ənənəvi olaraq 1 mart(Hideyösi inanırdı ki bu tarixdə etdikləri işlər uğurulu olur) 1592-ci ildə Toyotomi Hidəyösi, bilavasitə Asiya qitəsinə yürüşün hazırlıqlarına başçlıq etmək üçün, Naqoya qəsrinə gəlir. Ekspedisiya ordusunun əsas kontingenti, Kyuşu və Şikoku feodallarının qoşunları təşkil edirdi. Hidəyösinin əmri ilə 32 sərkərdənin komandanlığı altında ümumi sayları 158, 8 min döyüşçüsü olan doqquz diviziyadan ibarət idi. Birinci diviziya, 18,7 min döyüşçüdən ibarət idi, Tsusima və Kyuşu adalarında yerləşən Hiqo və Hidzen əyalətlərinin feodallarının qoşunları idi. Tsusimadan olan daymö So Yositomo 5 min, Hiqo əyalətindən olan mülkədar Konisi Yukinaqa 7 min, Hidzendən olan dörd feodal: Matsuura Siqenobu, Arima Harunobu, Omura Yosisaki və Qoto Sumixaru -müvafiq olaraq 3 min, 2 min,1 min, və 700 nəfər. Bu diviziyanın komandanlığına Konisi Yukinaqanın başçılığı ilə altı sərkərdə daxil idi. İkinci diviziya, Hiqo və Hidzen əyalətlərindən olan üç feodalın qoşunları daxil idi: Hiqo əyalətindəki Kumamoto qəsrinin maliki Katö Kiyomasa (10 min), Hidzendən olan Nabesima Naosiqe (12 min) və Hiqodan olan Saqara Naqatsune(800). Katö Kiyomasanın başçılıq etdiyi diviziyanın ümumi sayı 22,8 min idi. 11 min döyüşçüsü olan üçüncü diviziyanı, iki feodalın qoşunları təşkil edirdi: Kyuşunun şimalında Budzen vilayətindəki Nakatsu qəsrinin maliki Kuroda Naqamasa(5 min), qonşu Bunqo əyalətindən olan Yesitakanın oğlu Kuroda, və Omo Yösimune(6 min) Komandan Kuroda Naqamasa. Dördüncü diviziya, Kyuşunun cənubunda Osumi vilayətindən olan Simadzu Yösixirunun (10 min ) və Budzen ilayətindən olan feodal Mori Yösinarinin qoşunları(2 min) əsasında təşkil olunmuşdu. Bundan başqa, Kyuşunun cənub-şərqində mülkləri olan dörd feodal: Takaxasi Mototane, Akidzuki Tanenaqa, İto Suketaka və Simadzu Tadamori daha 2 min əsgər bu diviziyaya ayırmışdılar. Beşinci diviziya ən çoxsaylı idi. O 25 min nəfər sayı vardı, və Şikoku adasından olan feodalların qoşunlarından ibarət idi, onların üçünün mülkləri İyö vilayətində idi. Bunlar Fukusima Masanari(4,8 min), Toda Katsutaka(3,9 min), və Kurusima Mitiyuki(700). Diviziyanın tərkibinə həm də Şikoku adasındakı Tosa vilayətinin maliki Tösokabe Mototika(3 min), Şikokunun şərqində Ava vilayətindəki Ava qəsrinin maliki Xatisuka İemasa(7,2 min) və Şikokunun şimalındakı Sanuka vilayətindən İkoma Tikamasa(5,5 min). 15,7 min nəfərdən ibarət altıncı diviziya Kyuşunun şimlındakı Tikudzen və Tikoqu vilayətlərindən gəlmiş qoşunlardan ibarət idi: Birincisini, bu diviziyanın komandanı təyin edilmiş Kobayakava Takakaqe(10 min), ikincisini -feodallar Mori Hidekane(1,5 min), Tatibana Munesiqe(2,5 min) Takahasi Naotsuqu(800 nəfrə) və Tsukusi Xirokado(900) təşkil edirdilər. Yeddinci diviziya tamamilə, Honşu adasının qərbində olan Aki vilayətindənki Xirosima qəsrinin maliki feodal Mori Terumotonun qoşunları təşkil edirdi(30 min). Səkizinci diviziyanın tərkibinə, ölkənin mərkəzində olan Bidzen vilayətinin mülkədarı Ukita Xideienin qoşunları təşkil edirdi(10 min). Doqquzuncu diviziya iki feodalın mərkəzi Mino vilayətindən Hasiba Xidekatsu(8 min) və mərkəzdəki Tanqo vilayətindən olan Hosokava Tadaokinin(3,5 min) qoşunlarından ibarət idi.Bu məlumatlar Mori feodal evinin arxiv materiallarına əsaslanır. Bax: Tokutomi İitiro . Toyötomi Hideyösi-no dziday(Toyötomi Hideyösi dövrü). Tokio, 1936, s. 288–291; Harada Tanedzumi. Tösen-no eki monoqatari, s. 30–33; Xirosi İkeuti. Bunroku — Keytö-no senso, s. 6–8.
Qeyd olunan hərbi birləşmələrdən başqa Hideyösinin sərəncamında Naqoyaya gəlmiş daha 28 feodalın, o cümlədən nüfuzlu Tokuqava İeyasu və Yesuqi Kaqekatsu kimi feodalların da qoşunları daxil idi. Bu qoşunların ümumi sayı bir mənbələrdə 75 minG.B.Sansom. AHistory of Japan. 1334–1615, s.353,, başqa mənbələrdə 100 mindən artıqHarada Tanedzumi. Töson-no eki Monoqatari, s. 33 idi.
Bunlara həm də hərbi-dəniz donanmasında olan 11 admiralın təmsil etdiyi 9 mindən artıq matrosu, eləcə də Hideyösinin öz qoşunlarını(30 min)yenə orada əlavə etmək lazımdı.
Beləliklə yapon ordusu 300 mindən artıq döyüşçüdən ibarət idi ki, bu da o vaxtki 20 milionluq Yaponiyanın əhalisinin 1,5% təşkil edirdi.
Yürüş planı Hideyösinin əmrinə görə, hücumun əsas qüvvəsini təşkil edən ilk yeddi diviziya, Koreya sahilinə çıxaraq, Koreya ordusunu darmadağın etməliydi, bu platsdarmda möhkəmlənməli idi və buradan ölkənin içərilərinə irəliləməliydilər. Hesab olunurdu ki yapon ordusunun Koreya sahillərində peyda olması ilə Koreya ordusu təslim olacaq. Bundan sonra əsas qüvvələrin yaxınlaşması ilə Çin sərhədinə irəliləmək, Çin ordusunu məğlub etmək və bu ölkəni işğal etmək nəzərdə tutulurdu. Tsusima adasında dislokasiya olunan 8-ci və Kyuşu adasının şimal-qərbində İki adasındakı 9-cu diviziyalar, eləcə də Hideyösinin qərargahına yaxın Naqoya rayonunda qərarlaşan qoşunlar, yürüşə işarəni gözləyirdilər.
Yürüşün başlaması thumbnail|200px|Müharibə vaxtı yapon donanması, mərkəzdə nəhəng Atake-bune gəmisi 1592 ilin aprelin ortasında Yaponiya ilə Koreyanı ayıran boğazın ortasında yerləşən Tsusima adasının şimal-qərbində yüzlərlə gəmi və qayıq toplanmışdı. Koreya sahillərinə yürüş üçün ilk üç diviziyaya daxil olan 52,5 min döyüşçü hazırlanmışdı. Dəniz çox sakit idi. Çox asanlıqla Koreya boğazının qərb keçidini dəf edərək Konisi Yukinaqanın komandası altında birinci diviziya Busan şəhəri yanında sahilə yan aldı. Onun ardınca Katö Kiyomasanın ikinci və Kuroda Naqamasanın üçüncü diviziyaları yaxınlaşdı. Demək olar ki heç bir müqavimətə rast gəlməyən yaponlar bir neçə saata Busan qalasını aldılar və üç sütunla ölkənin içərilərinə Seula doğru irəliləməyə başladılar. Bu şəraitdə koreyalı donanmanın gözləmə mövqeyi təəccüb doğurur, xüsusi ilə Koreya donanmasının yapon donanmasından üstün olmasını nəzərə alsaq. Bəzi tətqiqatçılar Koreya hökumətinin hərəkətsizliyini yaponların hücumuna inanmamaları ilə izah edirlər. İstənilən halda bu Koreyanın idarəçiliyinin daxili problemləri ilə bağlı idi.
Desantdan 20 gün sonra, yəni 3 mayda Konisi Yukinaqanın komandası altında yaponlar, sutkada 20–25 km irəliləyərək Seula çatdılar, və heç bir müqavimət olmadan onun şərq darvazalarından içəri daxil oldular. Bir neçə saatdan sonra şəhərə cənub darvazalarından Kato Kiyömasanın diviziyası daxil oldu. Tezliklə qərbdən Kuroda Naqamasanın üçüncü diviziyası yaxınlaşdı. Eyni yolu keçərək Seula daha dörd divizya daxil oldu. Seulun alınması xəbərini alan Hideyösi artıq Koreya və Çinin necə idarə olunacağını düşünməyə başladı. Məktubların birində o yazırdı: "Yapon imperatorunu Çin paytaxtına göndərəcəm. İmperator sarayına paytxat ətrafındakı on əyaləti hədiyyə verəcəm. Koreyanın paytaxtına Xasiba Xidekatsu ya da Ukita Xideieni təyin edəcəm. Özüm isə yapon gəmiləri yan alan Ninbo şəhər prefekturasında məskunlaşacam.Hərbi yürüşdə iştirak edən xalqıma Hindistana yaxın olan ölkəni verəcəm. Gələcəkdə Hindistan da fəth ediləcək"
Seulda(Hanson) olan yapon sərkərdələri, 1592 ilin mayın əvvəlində müşavirə keçirdilər. Hər diviziyanın qarşısında bir əyalətinin işğal edilməsi məqsədi qoyuldu: Birinci diviziya Phönan(yapon adı Heyan) əyalətini, ikinci Hamgön(Kankö), üçüncü Hvanxe(Kokay), dördüncü Kanvon(Koqen), beşinci Çhunçhon(Tüsey), altıncı Çolla(Dzenra), yeddinci Könsan(Keysö),