Seyfi Seyid oğlu Mehrəliyev () — Sosialist Əməyi Qəhrəmanı.

Həyatı 1900-cü ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur.

1931-ci ildən 1971-ci ilədək Dəli Quşçu kəndində, o vaxtkı "Bakı fəhləsi" kolxozunda sıravi kolxozçu, çoban və briqadir işləmişdir.

1941–1945-ci illər müharibəsi dövründə gecə-gündüz çöllərdə çalışmış, faşizm üzərində qələbə naminə hər cür əziyyət çəkmiş, fədakarlıqlar göstərmiş, döyüşən ordunun ərzaq və geyimlə təchiz olunmasına böyük töhfələr vermişdir.

1977-ci il martın 8-də Dəli Quşçu kəndində vəfat etmişdir.

Mükafatları 1948-ci ildə qoyunçuluq sahəsində qazandığı çox yüksək nəticələrə və heyvandarlıq sahəsində göstərdiyi bacarıq və qabiliyyətə görə Seyfi Mehrəliyev 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. O, əmək cəbhəsində fədakarlığına görə Lenin ordeni və çoxlu medallarla da təltif edilmişdir.

1971-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.

İstinadlar

Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:Zərdab rayonunda vəfat edənlər Kateqoriya:Azərbaycan çobanları Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər