Həsən Kərimov və ya Çoban Həsən (tam adı: Həsən Rza oğlu Kərimov; ) — Sosialist Əməyi Qəhrəmanı, iki çağırış SSRİ Ali Sovetinin deputatıAzərbaycan Sovet Ensiklopediyası. V cild, Bakı, 1981. səh.355.
Həyatı Həsən Kərimov SSRİ Ali Sovetinin 22 mart 1966-cı il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Lenin Ordeni" (№ 378938) və "Oraq və Çəkic" (№ 12827) medalı ilə təltif edilmişdir.
O, iki çağırış SSRİ Ali Sovetinin deputatı da seçilmişdir.
Doğma kəndində yaşayıb işləyirdi. 1982-ci ilin aprelində o, şəriki ilə birlikdə qadını qətlə yetirmiş və buna görə 1983-cü il aprelin 21-də Azərbaycan SSR Ali Məhkəməsi onu ölüm cəzasına məhkum etmişdir . 1983-cü ildə çəkilib . SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 yanvar 1985-ci il tarixli fərmanı ilə Həsən Kərimov ölümündən sonra bütün titul və mükafatlarından məhrum edilib.Əfqan MUXTARLI.İCRA BAŞÇISINI TOYDA DÖYDÜLƏR. "Deyerler" AİN.
Heydər Əliyev onun haqqında belə demişdir:
Yadımdadır, bir çoban var idi. Bərdədən idi, onu sonra qəhrəman etmişdilər. Mən işləməmişdən əvvəl olan bir adam idi. Adı Həsən, ya nə idi…
…Çoban Həsən, o, məlumat verirdi ki, guya hər yüz qoyundan 140–150 bala alır. Buna da inanırdılar. O birilərindən də tələb edirdilər. Amma onlar bunu edə bilmirdilər.
Xatirəsi Bulud Qərəçorlu Səhənd yazdığı "Dədəmin kitabı" poemasını Çoban Həsənə həsr etmişdirBulud Qərəçorlu Səhənd. "Dədəmin kitabı" poeması. Səh. 79. . Zahid Xəlil yazdığı "Çoban Həsən" şeirini ona həsr etmişdirZahid Xəlil. Əsərləri. Uşaqlar üçün şeirlər. Bakı, 2008, səh. 121. . Əli Mehdi, Qarabağın qara günü (şeirlər), Elimin obamın a tərlan oğlu, Bakı, "Azərnəşr", 2001. səh. 118.
Filmoqrafiya İyirminci bahar (film, 1940)
İstinadlar
Kateqoriya:SSRİ Ali Sovetinin deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan çobanları Kateqoriya:Sosialist Əməyi Qəhrəmanı adından məhrum edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri