Yalnız sən () — 1994-cü ildə komediya janrında çəkilmiş romantik film.
Məzmun Hələ 11 yaşında ikən Feyt Kotvaça (Marisa Tomey) bir qaraçı qismətinin Deymen Bredli ismi ilə bağlı olacağını söyləyir. Falçı ona daha sonra deyir ki, bu qismətə çatmaq yolu ancaq onun özündən asılı olacaqdır. 14 il keçdikdən sonra gözəl qıza çevrilmiş Feyt yaxşı lakin darıxdırıcı bir ortoped həkimlə nişanlanır. Toy ərafəsində təsadüfi bir zəng hər şeyi alt-üs edir. 14 il bundan qabaq qaraçı falçının demiş olduğu Deymen Bredli ismli bir nəfər tərəfindən olunan telefon bağlantısı Feyti öz qismətinin dalıycan getməyə sürükləüir. Feyt qardqaşı arvadı ilə birlikdə bu ismin ardınca İtaliyaya: Venesiyaya, Romaya və nəhayət Pozitano şəhərinə gəlir. Bu zaman təsadüfən tanış olduğu Peter Urayt (Robert Dauni) ona sözügedən adamı tapmaqda yardımçı olur. Qismətini tapmayıb, çarəsiz geri Amerikaya dönən Feyt təsadüfən hava limanında Deymen Bredli isminin elan olunduğunu eşidərək dərhal o yerə özünü yetirir. Eyni zamanda ora Peter Üraytda gəlir. Burada onlar Demen Bredli ilə tanış olurlar. Feytin xəyalındakı Deymen Bredli ilə həyatdakı Deymen Bredli arasında böyük bir fərq var. Tanış olduğu Deymen yaşlı və onun zövqünə heç də uyğun gəlməyən bir şəxsdir. Bu zaman Feyt anlayır ki, onun qismətində olan məhz Peter Uraytdır və Deymen Bredli ismi onun qisməti deyil məhz qismətinin (Peter Uraytla bir araya gəlməsinin) səbəbkarıdır.
İstinadlar
Kateqoriya:1994-cü ilin filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Pittsburq haqqında filmlər Kateqoriya:Roma haqqında filmlər Kateqoriya:1994-cü ilin ABŞ filmləri Kateqoriya:TriStar Pictures filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:İngiliscə romantik komediya filmləri Kateqoriya:Romada çəkilmiş filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Çikaqoda çəkilən filmlər