Diesel – italyan dizayn və həmçinin brend geyim və aksessuar firması. Şirkət 1978-ci ildə Molvenada Rentso Rosso və dostu Adriano Qoldşmid tərəfindən yaradılmış və təsis edilmişdi. Diesel Only the Brave adlı holdinqinə daxildir. Şirkətin illik gəliri 1,5 mlrd € təşkil edir.
Tarix 1978-ci ildə Rentso Rosso AG Jeansdən olan və onun keçmiş müdiri Adriano Qoldşmid (Adriano Goldschmied) birgə yeni kompaniya yaratmağa qərar verdilər, bu indiki Diesel firmasının başlanğıcı idi.
Fəaliyyət Diesel markası altında geyim, ətir və bir çox digər parfüm növləri, ayaqqabı, alt paltarları, aksessuarlar buraxılır. Hətta bir zaman avtomobil Fiat 500 və motosikl Ducati buraxılmışdı. Kompaniya özü istehsal ilə məşğul deyil; digər fabrikalarda sifarış edirdi. Həm də 2012-ci ilə verilmiş statistik göstəricilərə görə, firma istehsalının 40% italyan, 60% isə digər xarici fabrikalarda buraxılmışdı. Kompaniyanın ən iri mağazası Milan şəhərindədir.
Firmanın dünyanın Avropa, Asiya, Şimali Amerikanın ümumilikdə 18 ölkələrində yerləşən filiallarında 2200 işçisi işləyir. Onun məhsulları 5000 pərakəndə mağazalarda satılır və bu mağazalardan 300-ü firma mağazalarıdır.
Kompaniyanın gəliri əsasən böyüklər üçün mallarla əldə edilir, amma həmçinin əhəmiyyətli gəlir Diesel Kid uşaq geyimləri liniya markası da gətirir.
Parfüm Aşağıda Diesel firmasına məxsus ətir siyahısı gismən verilmişdi: 2003 — Zero Plus Feminine (qadınlar üçün) 2003 — Zero Plus Masculine (kişilər üçün) 2004 — PLUS PLUS Feminine (qadınlar üçün) 2004 — PLUS PLUS Masculine (kişilər üçün) 2007 — Fuel for Life men (kişilər üçün) 2007 — Fuel for Life women (qadınlar üçün) 2008 — Fuel for Life men COLOGNE (kişilər üçün) 2008 — Fuel for Life women COLOGNE (qadınlar üçün) 2008 — Fuel for Life Unlimited (qadınlar üçün) 2009 — Only the Brave (kişilər üçün) 2011 — Loverdose (qadınlar üçün)
Mağazaların yerləşməsi Ölkələrmağaza saylarıİtaliya67ABŞ56Böyük Britaniya37Çin31Fransa29İsrail — Cənubi Koreya22İspaniya21Kolumbiya17Hindistan 14Almaniya20Türkiyə12Meksika — Yunanıstan9Niderland — Səudiyyə Ərəbistanı — İsveçrə — Tayvan8Honq Konq — CAR — Venesuela8Avstraliya — Filippin — Portuqaliya6Belçika — Braziliya — Danimarka — Polşa5Avstriya — Kanada — Xorvatiya — Panama — İsveç — Tayland4Çili — Malta — Sinqapur3Argentina — Bəhreyn — Dominikan Respublikası — Ekvador — İran — Küveyt — Makau — Mavrikiy — Marokko — Norveç — Rusiya — Serbiya2Aruba — Azərbaycan — Kosta Rika — Çexiya — Finlandiya — Qvatemala — İordaniya — Livan — Misir — Paraqvay — Qətər — Rumıniya1 Azərbaycanda yerləşmə: Ü. Hacıbəyov küç., 27 Baku, Bakı AZ1010 Tel: (99412) 4935741
Şəkillər
Xarici keçidlər
store.diesel.com Rəsmi online satış saytı www.dieselumusic.com Diesel:U:Music press.adidas.com Adidas press site www.psfk.com PSFK Rəsmi sayt Store Online Ufficiale Sito 500 Design By Diesel
Kateqoriya:İtaliya şirkətləri Kateqoriya:Sənaye şirkətləri Kateqoriya:İtaliya brendləri Kateqoriya:1978-ci ildə yarananlar