"Günəş İmperiyası" () — Ceyms Ballardın eyniadlı avtobioqrafik romanı əsasında çəkilmiş Stiven Spilberqın dram filmi.
Məzmun Ceymi (Cim) Qrem adlı ingilis oğlan varlı ailəsi ilə Şanxay Beynəlxalq İmtiyaz Bölgəsində yaşayır. Yaponiya Çinə hücum edir və Cim girov düşərək, Yaponiyanın konsentrasiya düşərgəsinə göndərilir.
İstehsalı
"Warner Bros." film adaptasiyasının hüquqlarını əldə etdikdən filmin rejissorunun Harold Beker, prodüseri isə Robert Şapiro olması planlaşdırılmışdı. Ssenarinin birinci qaralamasını Tom Stoppard yazmışdı və Ballard həmçinin onun yazılışında iştrak edirdi. Beker layihəni tərk etdikdən sonra Devid Lin onu rejissor kimi, Spilberq isə prodüser kimi əvəz etmişdir. Lakin təxminən bir ildən sonra Lin rejissor kreslosunu da Spilberqa vermişdir. Spilberqın sözlərinə görə, o, Ballardın kitabını oxuduqdan bəri bu filmin rejissoru olmaq istəyirdi. Uşaqlıqda Spilberqin ən sevdiyi film Lin tərəfindən çəkilmiş "Kvay çayı üzərindən körpü" idi. Həmin filmin məzmunu da hərbi əsirlər üçün nəzərdə tutulmuş Yaponiya konsentrasiya düşərgəsində baş verirdi. Spilberqın İkinci Dünya müharibəsi və o dövrün aviasiyası ilə maraqlanması atasından qaynaqlanırdı. Atası İkinci Dünya müharibəsi zamanı Çin-Birma cəbhəsində North American B-25 Mitchell bombardmançı təyyarəsində radioçu kimi xidmət etmişdir.
Kastinq zamanı Ballard hiss edib ki, Kristian Beyl ona eyni yaşda oxşar idi.Sheen, Martin (narrator), Steven Spielberg, J.G. Ballard, and Christian Bale. The China Odyssey: Empire of the Sun American Broadcasting Company, 1987. O zaman, Beylin 12 yaşı var idi. Artıq onunla birlikdə bir filmdə çəkimiş Emi İrvinq o zaman Stiven Spilberqın həyat yoldaşı idi və bu rol üçün Beyli Spilberqə o tövsiyə etmişdi. Həmin rol üçün kastinqdə dörd mindən çox uşaq iştrak etmişdi.Wills, Dominic. "Christian Bale Biography" . Tiscali. Retrieved: September 16, 2008.
Qəbulu Film 11 dekabr 1987-ci ildə məhdud şəkildə, daha sonra isə Milad günü geniş şəkildə buraxılmışdı. O, Şimali Amerikada 22,24 milyon dollar," Empire of the Sun" . Box Office Mojo (Amazon.com). Retrieved: September 16, 2008. digər ölkələrdə isə 44,46 milyon dollar qazanaraq, ümumən 66,7 milyon dollar qazanmışdı. Filmin əldə etdiyi gəlir büdcəni üstələsə də, Stiven Spilberq əldə olunan nəticədən məyus olmuşdur.In 1989, Spielberg was quoted as saying: "…Empire of the Sun wasn't a very commercial project, it wasn't going to have a broad audience appeal… I've earned the right to fail commercially." Friedman and Notbohn 2000, p. 137.
Ballardın filmə reaksiyası müsbət idi. O, xüsusi ilə Beylin oyunu ilə razı qaldı.
Mükafatları 1987 — ABŞ Kino Tənqidçilərinin Milli Şurasıdan üç mükafat: Ən yaxşı film Ən yaxşı rejissor (Stiven Şpilberq) Ən yaxşı gənc ifa edici (Kristian Beyl) 1988 — ABŞ Kino Operatorları İcmasının mükafatı (Allen Davio) 1989 — üç BAFTA mükafatı: Ən yaxşı operator işi (Allen Davio) Ən yaxşı musiqi (Con Villiams) Ən yaxşı səs 1989 — iki Gənc Aktyor Mükafatı: Ən yaxşı ailəvi dram filmi Ən yaxşı gənc dram aktyoru (Kristian Beyl)
İstinadlar
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Stiven Spilberqin filmləri Kateqoriya:1987-ci ilin filmləri Kateqoriya:Warner Bros. Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:ABŞ-nin aviasiya filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:1940-cı illər haqqında filmlər Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Berkşirdə çəkilən filmlər Kateqoriya:Hartfordşirdə çəkilən filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Bəstəkar Con Vilyamsın filmləri Kateqoriya:Dramlar Kateqoriya:Amblin Entertainment filmləri Kateqoriya:Stiven Spilberqin prodüseri olduğu filmlər Kateqoriya:ABŞ-nin bioqrafik filmləri Kateqoriya:Şanxayda çəkilən filmlər Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Müharibə filmləri