Zemfira Əliyeva (tam adı: Zemfira Məmmədəli qızı Əliyeva; ) — Azərbaycan aktrisası. Azərbaycan SSR xalq artisti

Həyatı Zemfira Əliyeva 25 dekabr 1941-ci ildə Gəncə şəhərində doğulub. Anası Firuzə Bədirbəyli Gəncə DDT-nin aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb. 17 yaşında ona Cəfər Cabbarlının "Solğun çiçəklər" melodramasında Sara rolu tapşırılıb. Bundan sonra aktrisa teatra götürülüb və qısa müddətdə Səməd Vurğunun "Vaqif" (Gülnar), Viktor Rozovun "Sabahın xeyir" (Liza), Evripidin "Medeya" (Medeya), Əfqan Əsgərovun "Qız atası" (Məryəm) əsərlərinin tamaşalarında mürəkkəb rollar oynayıb. Bir neçə televiziya tamaşasında və filmdə rol alıb.

Zemfira Əliyeva 1972-ci ildə Naxçıvan DMDT-nin truppasına daxil olub. Bu teatrda qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif edilib. Aktrisa 1988–1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyib. 26 noyabr 1995-ci ildə Bakıda vəfat edib.

Xalq artisti, rejissor Vaqif Əsədovun həyat yoldaşı olub.

Mükafatları Azərbaycan SSR xalq artisti — 01.12.1982Respublika teatr sənətinin işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı

Əsas rolları Naxçıvan DMDT Almaz (Cəfər Cabbarlı) — Almaz Solğun çiçəklər (C. Cabbarlı) — Sara Oqtay Eloğlu (C. Cabbarlı) — Firəngiz Yaşar (C. Cabbarlı) — Yaqut Ana (H. Cavid) — Səlma Şeyda (H. Cavid) — Roza Şeyx Sənan (H. Cavid) — Xumar Uçurum (H. Cavid) — Anjel Hacı Qara (M. F. Axundzadə) — Sona Yağışdan sonra (B. Vahabzadə) — Reyhan Sənsiz (Ş. Qurbanov) — Maral Mənim nəğməkar bibim (Ə. Əylisli) — Mədinə Bir cüt bədmüşk ağacı (Ə. Əylisli) — Azadə Dəli yığıncağı (C. Məmmədquluzadə) — Pırpız Sona Toy (Sabit Rəhman) — Zinyət Bəxt üzüyü (V. Səmədoğlu) — Söylü Unuda bilmirəm (İ. Əfəndiyev) — Nərmin Məhv olmuş gündəliklər (İ. Əfəndiyev) — Anjel Tülkü və üzüm (G. Fiqeyredu) — Kleya Laçın yuvası (S. S. Axundov) — Pəricahan Eşq və intiqam (S. S. Axundov) — Zöhrə Bayramın birinci günü (N. Hikmət) — Zəhra Elektra (Sofokl) — Elektra Yenə o bağ olaydı… (M. Müşfiq) — Dilbər Siz xoşbəxt yaşayın (Ə. Yusifli) — Vəfa

Filmoqrafiya Böyük dayaq (film, 1962) — rol: Pərişan Doğma sahillər (film, 1989) Gedərsən bizə… (film, 1990) Yad qızı (film, 1990) Qəzəlxan (film, 1991) Pəncərə (film, 1991) Mənim ağ şəhərim (film, 1993) İtkin gəlin (film, 1994) Yurd yeri Güllələnmə təxirə salınır!... (film, 2002) Manas

İstinadlar

Xarici keçidlər İzlə

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları