Antixrist — Danimarkalı rejissor Lars Fon Trierin ssenari müəllifi və rejissoru olduğu film. Baş rolları Uilyem Dafoe və Şarlotta Geynsburq oyanmışlar. Film, qorxu filmi ənənəsini izləməklə bir cütlüyün övladları öldükdən sonra meşədə bir daxmaya getməsindən və orada baş verən hadisələrdən bəhs edir. Hekayə bir proloq, dörd bölmə və bir epiloqa bölünür. Film əsasən Danimarka istehsalı olsa da, Avropanın müxtəlif altı ölkəsindən də dəstək alır. Film Almaniya və İsveçdə lentə alınır.

Geynsburqun Ən yaxşı aktrisa nominasiyası üzrə mükafat qazandığı bu film 2009-cu ildə Kann kinofestivalında nümayiş olunduqdan sonra mübahisələr səbəb oldu. Bundan başqa, film Ən yaxşı Danimarka filmi nominasiyasında Robert mükafatı, Ən yaxşı kinematoqrafiya işi nominasiyası üzrə Avropa Film Mükafatı qazanmışdır. Film Sovet kino-rejissoru Andrey Tarkovskiyə həsr olunmuşdur.

Məzmun Proloq: Film Hendelin "Rinaldo" operasından (1711) "Lascia ch'io pianga" fon musiqisi ilə başlayır. Valideynləri sekslə məşğul olduqları zaman (onların adı film boyu açıqlanmır) onların kiçik övladları Nik pəncərədən qarlı yerə yıxılaraq ölür.

Birinci bölmə: Yas Nikin dəfni zamanı qadının vəziyyəti pisləşir. Onun ətrafına toplaşan mərasim iştirakçılarının üzləri tutqunlaşdırılıb. Xəstəxanada bir ay keçirəndən sonra qadın zamanı unutmuş halda yas içində ayılır.

Xarici keçidlər Rəsmi veb-sayt

Kateqoriya:Lars fon Trierin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin zorlama haqqında filmləri Kateqoriya:2009-cu ilin İtaliya filmləri Kateqoriya:Müstəqil Fransa filmləri Kateqoriya:Müstəqil İtaliya filmləri Kateqoriya:Almaniyanın qorxu filmləri Kateqoriya:2000-ci illərin psixoloji dram filmləri Kateqoriya:Ekzistensialist filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:Yas haqqında filmlər Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:2009-cu ilin dram filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:Zentropa filmləri Kateqoriya:İngilis dilində qorxu filmləri Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:Fransanın qorxu filmləri Kateqoriya:Cinsi oyanma Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Depressiya haqqında filmlər Kateqoriya:Vaşinqton ştatı haqqında filmlər Kateqoriya:İtaliyanın qorxu filmləri Kateqoriya:Erotik triller filmləri Kateqoriya:Psixoloji triller filmləri