Akhisar Bələdiyyəspor () — 1970-ci ildə qurulan və Manisanın Akhisar ilçəsini təmsil edən Türk futbol klubudur. Akhisar 2011–2012 mövsümündə ikinci liqasını 1-ci olaraq bitirdikdən sonra, ilk dəfə Spor Toto Super Liqasına çıxmışdır.
2024-2025 mövsümündə Regional Həvəskarlar Liqası'nda VIII qrupta yər tutan komanda ardıcıl 2 matça çıxmadığı için liqadan ixrac edilərək bir alt liqaya, yəni Manisa Super Həvəskarlar Liqasına düşmüşdür.
Tarixi
Qurulması Akhisar ilçəsində ilk futbol klubları 1920-ci ildə qurulmuş Türk Ocağı və 1924-cü ildə qurulmuş Gənclik SK idi.
1970-ci ilə qədər bir çox Akhisar komandası mövcud idi və onlardan ən böyük 3-ü Gənclikspor, Günəşspor və Doğanspor idi. 1970-ci ildə yerli xalq vahid klub tələb edincə bu 3 klub birləşmiş və 8 aprel 1970-ci ildə Akhisar Bələdiyyəspor qurulmuşdur. Akhisar Bələdiyyəsporun ilk qurucuları isə Yılmaz Atabarut başçılığı altında, Vəli Erkmen, Yahya Şahin, Refik Demirel, Ahmet Cevdet Sıdal, Mustafa Kahramanlıoğlu, Nail Prese və Halil Boduroğlu idi. Bu 3 klub unudulmasın deyə Günəşspordan yaşıl rəngi, Gənclikspordan qara rəngi və Doğanspordan sarı rəngi klubun rəngləri oldu.
Klubun rəngləri YaşılQara
Liqa mübarizələri Super Liqa: 7 Mövsüm 2012–2019
1-ci Liqa: 4 Mövsüm 2010–2012, 2019–2021
2-ci Liqa: 18 Mövsüm
1984–1994, 1995–2001, 2008–2010 2021–2022
3-cü Liqa: 8 Mövsüm
2001–2008, 2022 — Həvəskar Liqası: 15 Mövsüm
1970–1984, 1994–1995
Uğurları Türkiyə Super Kuboku Çempionat (1): 2018 Finalçı (1): 2019
Türkiyə Kuboku Çempionat (1): 2018 Finalçı (1): 2019 Dörddəbir final (2): 2015–2016, 2016–2017
1-ci Liqa Çempionat (1): 2011–2012 Pley-Off Yarım final (1): 2019–20
2-ci Liqa İkincilik (1): 2009–2010
3-cü Liqa İkincilik (1): 2007–2008
Həvəskar Liqası 3-cü Liqaya Yüksəlmə (1): 1994–1995
Xarici keçidlər Akhisarspor
Kateqoriya:Türkiyə futbol klubları