İv Fərhad xan Qiyai Şamlı () — Heydərqulu xan Qiyai Şamlının oğlu və Belçika memarı.
Həyatı İv Fərhad Xan Qiyai Şamlı 1957-ci ildə Belçikanın Ukkel şəhərində anadan olub. Nəsilləri qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan Heydər Qiyai Şamlının oğludur. O, Parisdə yerləşən Janson-de-Sailly liseyini bitirdikdən sonra Nyu-Yorkda yerləşən Pratta İnstitutunda memarlıq üzrə təhsil almağa başlayır. 1982-ci ildə buradakı təhsilini bitirdikdən sonra Kaliforniya İncəsənət Kollecində memarlıq üzrə magistr dərəcəsi əldə edir.
O ilk fəaliyyətinə San-Fransiskoda futurustik evlərin tikintisi ilə başlayıb. 1983-cü ildə o, San-Fransiskoda "Ghiaï Architects" memarlıq şirkətinin əsasını qoyub. Bu şirkət vaxtilə atasının yaratdığı və 1979-cu ildə bağlanan şirkətin davamçısıdır. 1993-cü ildə o ilk irimiqyaslı sifarişini alır. Bu sifariş Kosta-Rikada dəniz kənarı şəhər layihəsi idi. 2003-cü ilin iyun ayında Britaniya Kolumbiyasının Prince George şəhərinin İv Qiyai tərəfindən hazırlanmış mərkəzi planı qəbul edilib. 2002-ci ildən etibarən Fransa Memarlar Akademiyasının xarici üzvüdür. 2011-ci ildə Kaliforniyanın Oklənd şəhərində yerləşən 30 mərtəbəlik "Iwate Tower" binasını tikmək sifarişi alıb. Kaliforniyanın Berkli Universitetində və İncəsənət Kollecində dərs deyir. 13 sentyabr 2018-ci ildən IPAG Biznes Məktəbinin direktorudur.
Əsas nailiyyətləri və layihələri Fransanın Antib şəhərində şəxsi villa 1984 İki mərtəbəli yaşayış kompleksləri, San Xose, Kaliforniya 1984–1989 Royal Residence, San-Fransisko 1992 Astrolabe House, San-Fransisko 1996 Gülüstan sarayı, San-Fransisko körfəzi 2000 Metropolis, Şahzadə Corc, Kanada 2004 Gizlin bağlar, Dalli, İsveçrə 2005 El Gülüstan, Playa Qrande, Kosta-Rika 2006 Iwate Tower, Oklend, Kaliforniya 2013 Yaşayış evi, San-Fransisko, Kaliforniya 2016
Şəkillər
Xarici keçidlər Qiyai Memarlar Qiyai Şamlı Xanlarının Tarixi
Həmçinin bax Heydər Qiyai Şamlı
İstinadlar
Kateqoriya:Azərbaycanlı memarlar Kateqoriya:Şamlılar Kateqoriya:Belçika azərbaycanlıları