Tariyel Məmmədov () — musiqişünas, Azərbaycan Musiqi Akademiyasının "Tarix və azərbaycan musiqi nəzəriyyəsi" kafedrasınn professorudur. Azərbaycan musiqisi üzrə İnternet-proyektlərin müəllifi və rəhbəridir. Musiqili elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif "Musiqi Dünyası" yurnalının baş redaktoru və naşiridir.

Həyatı Tariyel Aydın oğlu Məmmədov 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını "Tarix və musiqi nəzəriyyəsi" ixtisası üzrə bitirmişdir.

1983-cü ildə SSRİ Mədəniyyət Nazirliyinin Ümumittifaq Elmi Araşdırmalar Sənətşünaslıq İnstitutunda "Koroğlu dastanında epik nəğmələri yaradıcılığı" mövzusunda sənətşünaslıq elmi dərəcəsi üzrə namizədlik müdafiəsi (rəhbər professor, sənətşünaslıq doktoru M. E. Tarakanov), 1989-cu ildə isə yenə həmin İnstitutda "Azərbaycan aşıqlarının ənənəvi nəğmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Yaradıcılığı Monoqrafiyalar "Koroğlu mahnıları". Bakı. Gənclik, 1984, 8 ç.v. "Azərbaycan aşıqlarının ənənəvi nəğmələri". Bakı, İşıq, 1988, 33 ç. v. "Sifahi ənənəli peşəkar-xalq musiqisi". Bakı, Şür, 2002, 6 ç. v. dərs vəsaiti kitabları nəşr olunmuşdur. Metodik tövsiyələri "Musiqi folklorunun toplanması, yazıya alınması və qorunması". Bakı, Adiloğlu, 2004, 1,5 ç. v. "Özbək xalq və şifahi ənənəli peşəkar musiqisi". Bakı, Adiloğlu, 2004, 2 ç. v. "Aşıq havaları" "Azərbaycan aşıq yaradıcılığı"Abduləliyev, A. Aşıq musiqisi haqqında ilk fundamental dərslik: [Tariyel Məmmədovun "Azərbaycan aşıq yaradıcılığı" kitabı haqqında] //525-ci qəzet.- 2013.-15 fevral.- S.7. 80-dən artıq elmi məqaləsi və yazıları müxtəlif respublika və beynəlxalq nəşrlərdə çap olunmuşdur. İnternet-proyektlərin muəllifi və rəhbəridir: "Müsiqi dünyası" jurnalının elektron variantı Musiqi Ensiklopediyalar Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi luğəti Muğam Ensiklopediyası Üzeyir Hacıbəyov ensiklopediyası Azərbaycan ənənəvi musiqi atlası Üzeyir Hacıbəyova həsr olunmuş sayt Üzeyir Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" elektron nəsrinin elmi redaktoru Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettası Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası Azəraycan bəstəkar və musiqişünaslarının On-line kataloqu Əfrasiyab Bədəlbəyliyə həsr olunmuş sayt Qara-Qarayevə həsr olunmuş sayt Tofiq Quliyevə həsr olunmuş sayt Azərbaycan diskoqrafiyası (1900–1940) — Azərbaycanın ilk qrammafon yazılarının On-line kataloqu Azərbaycan tarixinin canlı səsləri Beynəlxalq musiqili, tənqidi-publisistik, kulturoloji "Harmoniya" jurnalı

Qaynaq

Kateqoriya:Azərbaycan musiqişünasları Kateqoriya:Azərbaycanlı musiqişünaslar