Elman Dadaş oğlu Şeydayev () — Azərbaycan rejissoru və aktyoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2018).

Həyatı

Elman Şeydayev 1954-cü il oktyabrın 6-da Quba rayonunun Utuq kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dram-kino aktyorluğu fakültəsini bitirib. İki il S.Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor kimi çalışıb. 1978-ci ildə hərbi xidmətə gedib. 1980-ci ildə qayıtdıqdan sonra teatrda fəaliyyətini davam etdirib. Daha sonra kinoya üz tutub – 1981-ci ildə "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti kimi işə başlayıb. 1988-ci ildən bədii filmlərdə ikinci rejissor olub. 2000–2004-cü illərdə "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında prodüser kimi də fəaliyyət göstərib. 2005-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii filmlərdə işləməklə bərabər, özəl studiyaların film və seriallarının ikinci rejissoru, prodüseri olub.

2018-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Filmoqrafiyasında ikinci rejissor kimi 40-dək bədii, ikinci rejissor və prodüser olaraq iştirak etdiyi 100-dək sənədli film var. Aktyor kimi "Bəyin oğurlanması" (satıcı), "Şeytan göz qabağında" (milis işçisi), "Əlvida, cənub şəhəri" (mühəndis) və s. filmlərdə çəkilib. Qələmə aldığı "Doğma" povesti əsasında  "Azərbaycanfilm"də "Ümid" bədii filmi (1995) lentə alınıb. "Qağayı" serialının ssenari müəlliflərindən biridir.

Mükafatları Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Elman Şeydayev Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Filmoqrafiya

Bədii filmlər Arzular (film, 2005) (İran) Bəxt üzüyü (film, 1991) Bəyin oğurlanması (film, 1985) Bomba (film, 2005) Cansıxıcı əhvalat (film, 1988) Cin mikrorayonda (film, 1985) Çölçü (film, 2012) Dəvətnamə (film, 1989) Əlvida, cənub şəhəri (film, 2006) Hücum (film, 1989) İlahi məxluq (film, 2011) Kuklalar (film, 2009) Qağayı (film, 2012) Qanlı zəmi (film, 1985) Qara gölün cəngavərləri (film, 1984) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Qəm pəncərəsi (film, 1986) Qəzəlxan (film, 1991) Laçın dəhlizi (film, 1993) Payız görüşü (film, 1999) Sirr (teleserial, 2012) Şeytan göz qabağında (film, 1987) (aktyor) Ümid (film, 1995) (ssenari müəllifi) Yaramaz (film, 1988) Yük (film, 1995) İçəri şəhər 2014

Sənədli filmlər 130-cu mövsüm (film, 2002) (sənədli film) (Lider TV) Ağ rəngin simfoniyası (film, 2003) Aləmdə qalan səs (film, 2001) Ali sevgi (film, 2002) Ali sevgi-II film (film, 2003) And (film, 2002) Axırıncı aşırıma qədər (film, 2002) Azərbaycana xoş gəlmisiniz! (film, 2004) (qısametrajlı sənədli film) (Lider TV) Bahar ömürlü insan (film, 2003) Bəyaz tarlanın balladası (film, 2002) Bir haqq bayrağı var əlimdə (film, 2003) Bizi oyatmayın (film, 2002) Bütün qadağaların fövqündə (film, 2002) Çarpaz bucaqlar arasında (film, 2002) Çətin sınaqlar (film, 2002) Dan qızartısından qürub şəfəqlərinədək (film, 2003) Dar günün dostu (film, 2003) Dəmir atlı cəngavər (film, 2003) Dənizin prelüdiyası (film, 2003) Dövlətin vizit vərəqi. II film (film, 2004) Düma ömrünün qırx günü (film, 2002) Dünənə ehtiramla, sabaha ümidlə (film, 2003) Dünəni yaşadan sənət (film, 2004) "Edelveys" və dəmir biləklər (film, 2001) Gecə zəngi (film, 2003) Göy rəngin melodiyası (film, 2003) Gündoğar ölkəyə sevgilərlə (film, 2002) Günorta qatarı (film, 2003) Hərb tariximizdən. Atropat (film, 2003) Həsrətli gözlərin rəsmi (film, 2003) Hikmət xəzinəsi (film, 2003) "İldırım"lı yolun yolçuları (film, 2003) İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002) İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002) İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (film, 2003) İlham Əliyev. Yeni neftin strategiyası (film, 2002) İnanc yerlərimiz. Pir Hüseyn xanəgahı (film, 2003) İnanc yerlərimiz. Piri Mərdəkan (film, 2004) İşığımız sönməyəcək (film, 2003) İşıq ömrü (film, 2001) Kamanın ədalət ucalığı (film, 2003) Kamanın naxış sehri (film, 2003) Könlün fəsilləri (film, 2001) Könül nəğməsində variasiyalar (film, 2002) Kürə qovuşan ömür (film, 2003) Azərbaycan faunası. Qafqaz gürzəsi (film, 2002) Qalanın əfsanəsi (film, 2003) Qara rəngin harmoniyası (film, 2002) Qədim şəhərin hekayəti (film, 2003) Qəlbin Ay işığı (film, 2002) Qəlbin ritmləri (film, 2002) Qərib bir səs (film, 2003) Qırmızı rəngin ekspressiyası (film, 2002) Qürbət eskizləri (film, 2003) Məhəbbət oratoriyası (film, 2003) Mən sizdən arxayınam (film, 2002) Mistik düşüncələrin rəsmi (film, 2003) Naxçıvan lövhələri (film, 2003) Naxışlı hekayət (film, 2003) Nikanın nağılları (film, 2002) Ömürdən uzun yol (film, 2003) Ötən əsrdən gələn adam (film, 2003) Ötən ömrün notları (film, 2003) Özgə vaxtın doğma anları (film, 2002) Paris kədəri (film, 2001) Pərdəsiz səhnə (film, 2002) Ruhun abidəsi (film, 2003) Səbrli adamın fəryadı (film, 2002) Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (film, 2002) Sən saydığını say (film, 2002) Sənətin sehrinə doğru (film, 2002) Səsin vəhdəti (film, 2002) Şimşəklər kimi (film, 2003) Şöhrət və ya unudulan adam (film, 2003) Sonuncu orden (film, 2002) Sükutun səsi (film, 2003) Tale yolu (film, 2003) Tarixin dözümü və qisası (film, 2003) Tökülən yarpaqların qoxusu (film, 2001) Torpağa bağlananlar (film, 2003) Uğur hələ irəlidədir (film, 2002) Uzaq sahillərin əfsanəsi (film, 2002) Vaxtın o üzündə (film, 2002) Xəyallar gerçəkləşəndə (film, 2003) Yaddaş etüdləri (film, 2002) Yaddaş etüdləri-2 (film, 2002) Yaddaş etüdləri-3 (film, 2002) Yaddaş hücrəsi (film, 2003) Yaddaşın əbədi yükü (film, 2003) Yaradılış hikməti (film, 2003) Yarımçıq qalmış dosye (film, 2002) Yarımçıq triptix (film, 2003) Yaşıl rəngin qamması (film, 2002) Yay gününün sazağı (film, 2003) Yeddi duyum (film, 2002) Yeldən yarananlar (film, 2004) Yenə o bağ olaydı (film, 2002) Yurd həsrəti (film, 2003) Zəhmətlə yoğrulanlar (film, 2003) Zoopark (film, 2003)

Bədii serial 3 bacı (film, 2012-2014) (bədii serial) (ikinci rejissor)

İstinadlar

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları