Ramiz Abbaslı (Ramiz Məhəmməd oğlu Bərxudarov; ) — Azərbaycan yazıçısı; ingilis, alman və rus dillərindən bədii ədəbiyyat tərcüməçisi.

Həyatı Ramiz Abbaslı 1948-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Səkkizinci sinfə qədər öz kəndlərində oxusa da, yuxarı siniflərdə təhsilini qonşu Boyəhmədli kəndindəki orta məktəbdə davam etdirib. Uşaqlıqdan musiqiyə, şəkil çəkməyə meyilli olub. Bədii ədəbiyyatı da sevir, mütaliə edirdi; azərbaycan yazıçılarının, eləcə də dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini oxumaqdan xüsusi bir zövq alırdı; ən çox sevdiyi kitablar isə "Koroğlu" dastanı, S. S. Axundovun əsərləri, əsasən də "Qaraca qız", və "Nurəddin" hekayələri, Mark Tvenin "Tom Soyyerin macəraları", Jül Vernin "Kapitan Qrantın uşaqları", Rəşad Nuri Güntəkinin "Çalı quşu", F. M. Dostoyevskinin "Cinayət və cəza", V, Hüqonun "Səfillər" romanları olub. Məktəbdə oxuduğu dövrdə R. Abbaslı əsasən riyaziyyat, fizika və kimya fənnlərini böyük bir maraqla öyrənirdi. Orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Dövlət Universitetinin kimya fakültəsində davam etdirib.

Ali təhsilini başa vuraraq əmək fəaliyyətinə başlayıb və uzun illər neft sənayesində çalışıb.

Yaradıcılığı Yazıçı Ramiz Abbaslı öz əsərlərini azərbaycan və rus dillərində yazır. Ara-sıra dövri mətbuatda bədii və publisistik yazılarla çıxış edən Ramiz Abbaslının ilk kitabı olan "Yeddi kəndin məktəbi" 1996-cı ildə çapdan çıxıb. Kitaba daxil olan povestlərdən biri – "Yeddi kəndin məktəbi" XX əsrin ən gözəl məhəbbət dastanı kimi dəyərləndirilir. Geniş oxucu kütləsi bu kitabı sözün həqiqi mənasında böyük bir coşquyla qarşıladı və heç də təsadüfi deyil ki, əksər oxucular üçün o, stolüstü kitaba çevrildi, elə həmin il də "Ədəbi Uğur" mükafatına layiq görüldü. Xalq dilinin şəhdi-şəkəri, sadə insanların məişəti, dağətəyi Qarabağ kəndlərinin füsunkar mənzərəsi, o kəndlərin birindəki adicə məktəb və adi məktəbdə qeyri-adi məhəbbət macərası. İllər keçdi, bütün bunlar kağıza köçdü. Maraqlı və gözəl bir kitab yazıldı, Ramiz Abbaslı da ədəbiyyata o kitabla gəldi; onun qələmindən çıxan hekayə, məqalə və tərcümələr Azərbaycanın çoxsaylı qəzet və jurnallarında çap olunmaqla yanaşı, mütəmadi olaraq həm də kitab şəklində çapdan çıxır: "İlğım", Bakı — 2000; "Zülmət gecələr", Bakı — 2008; "Ad oğrusunun adı", Bakı — 2015; "Ximera", Bakı — 2018.

Ramiz Abbaslı rus dilində yazdığı hekayələri, bir qayda olaraq, rusiya mətbuatında – jurnal, almanax, ədəbi toplu və ayrıca kitab halında – çap etdirir. Rus oxucusu və Rusiyanın ədəbiyyat adamları Ramiz Abbaslının yaradıcılığını yüksək dəyəndirirlər. Rus tənqidçisi yazır:"Ramiz Abbaslının hekayələrində süjetlər qeyri-adidir, detallara diqqət və təsvir olunan hisslərin dərinliyi isə möhtəşəmdir."Портал Субкультура (sub-cul.ru), "Рецензия на творчество Рамиза Аббаслы"

2020-ci ildə Moskvada faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş "Спецвыпуск,посвященный 75-летию Победы в Великой Отебественной войне" (Böyük Vətən müharibəsində qazanılan Qələbənin 75 illiyinə həsr olunmuş xüsusi buraxılış) adlı almanax nəşr olundu. Almanaxda 1941-ci ildən bəri müharibə mövzusunda yazılmış çoxsaylı şeir və hekayə yer alıb. Bu, digər müəlliflərlə yanaşı, tanınmış rus yazarları: İlya Erenburqun, Konstantin Simonovun, Nobel Mükafatı laureatı Boris Pasternakın, Evgeni Evtuşenkonun da təmsil olunduğu bir ədəbi topludur.

Böyük Vətən müharibəsində Azərbaycan ləyaqətlə iştirak edib, xalqımız tarix yazıb. Almanaxda Azərbaycanı layiqincə təmsil etmək lazım idi. R. Abbaslı bu işi bacardı. Almanaxa yazılmış ön sözdə Ramiz Abbaslının "Первый возвращенец" ("Cəbhədən ilk qayıdan adam") hekayəsi xüsusi olaraq təriflənir və əsər "müharibənin mahiyyətini dərk etmiş insanın müdrikliyi""Современник". Спецвыпуск, посвященный 75-летию Победы в Великой Отечественной войне. Москва — 2020 kimi səciyyələndirilir; əslində, bu, çox yüksək qiymətdir.

R. Abbaslı müxtəlif beynəlxalq ədəbiyyat müsabiqələrində iştirak edir. Final mərhələsi Bakıda keçirilən Beynəlxalq Avrasiya Ədəbiyyat müsabiqəsi LIFFT – 2019-un seçmə mərhələsini müvəfəqiyyətlə keçib və diploma layiq görülüb. Beynəlxalq London ədəbiyyat müsabiqəsində də uğurla çıxış edərək finala çıxıb və finalçı qismində müsabiqənin diplomuna layiq görülüb. 2019-cu ildə M. Y. Lermontovun xatirəsinə həsr olunmuş beynəlxalq ədəbiyyat müsabiqəsində isə nəsr nominasiyası üzrə qalib gələrək medal qazanıb. Müəllifin "Песня слепого" (Korun mahnısı) kitabı 2019-cu ildə Moskvada keçirilən Non-fikşin Beynəlxalq kitab sərgisinin ən yaxşı eksponatları – Sərginin Hitləri – qismində nümayiş etdirilib və diploma layiq görülüb. Müəllifin "Korun mahnısı" hekayəsi ən yaxşı nəsr nümunəsi – hesab edilir ki, əslində, bu, hekayə deyil, itirilmiş vətən torpağına deyilən ağıdır"Песня слепого", Москва — 2019 – kimi ingilis dilinə tərcümə olunaraq, 20000 tirajla çıxan "Russian Bell" jurnalındaLiterary magazine "Russian Bell", Nizhni Novgorod — 2020 çap olunub.

Ölkə daxilində və xaricdə əsərlərinin çap olunduğu almanax və ədəbi toplular: "Almanax". Ədəbi əsərlər toplusu, Bakı — 2004; "Soyqırım: erməni terrorizmi, Bakı — 2009; "Qarabağ dünən, bu gün və sabah", Bakı — 2010; "Российский колокол", № 4, Москва — 2018; "Российский колокол", Литературная премия им. М. Ю. Лермонтова, Москва — 2019; "Современник", сборник № 10, посвященный творчеству М. Ю. Лермонтова, Москва — 2020; "Российский колокол", № 3, Москва — 2020; "Современник", № 14(13), посвященный творчеству А. С. Грина, Москва — 2020; "Отражение. ХХI век". Один, но рядом с кем-то… Сборник номинантов на Премию имени Сергея Довлатова, Москва — 2020; "Современник". Спецвыпуск, посвященный 75-летию Победы в Великой Отечественной войне, Москва — 2020; Literary magazine "Russian Bell". Moscow — 2020; "Вокруг света" № 1: литературный сборник, Москва — 2020; "Вокруг света" № 2: литературный сборник, Москва — 2021; "Самому себе не лгите": литературный сборник, посвященный 200-летию Ф. М. Достоевского, первый том. Санкт-Петербург — 2021.

Kitabları Ramiz Abbaslı. "Yeddi kəndin məktəbi" (povestlər toplusu), Bakı, 1996. Ramiz Abbaslı. "İlğım", Bakı, 2000. Ramiz Abbaslı. "Zülmət gecələr" (povest və hekayələr), Bakı, "Nərgiz" nəşriyyatı, 2008, – 204 səh. Ramiz Abbaslı. Tomas de Vaalın "Qara bağ" kitabındakı təhriflərə dair . — "Qarabağ dünən, bu gün və sabah" 8-ci elmi-əməli konfransının materialları (Qarabağ General-Qubernatorluğunun 90 illiyinə həsr olunur). Ramiz Abbaslı. "Ad oğrusunun adı" (roman), Bakı, "Elm və təhsil", 2015. 280 səh. Ramiz Abbaslı. "Ximera" (roman), Bakı, "Qanun", 2018. 224 səh. Рамиз Аббаслы, "Песня слепого" (сборник рассказов и статей), Москва — 2019; Рамиз Аббаслы, "На необитаемом полуострове" (сборник рассказов) – книга из серии "Золотое слово", Москва — 2021. Рамиз Аббаслы. Низами Гянджеви тюркский поэт. Баку-2021. Ramiz Abbasli. Nizami Ganjavi turkic poet. Baku-2021.

Publisistikası R. Abbaslının publisistik yazılarında əsas istiqamətlərdən biri azərbaycan xalqının tarixini saxtalaşdırmaq istəyənlərə cavab verməkdir. Bu mənada "Научное исследование или фальсификация истории""Песня слепого", Москва — 2019 məqaləsi xüsusi qeyd olunmalıdır. Hələlik ancaq rus və ingilis dillərində mövcud olan bu məqalə "elmi şücaət" kimi də dəyərləndirilir. Məqalədə azərbaycan tarixinin ən problemli məsələlərindən olan Qədim Albaniya tarixi, albaniya əhalisinin etnik tərkibi, aparıcı etnosun kimliyi, həmin vaxt "İncil"in hansı dilə tərcümə olunmasıyla bağlı düzgün fikirlər səsləndirilərək elmi cəhətdən əsaslandırılıb. Eyni fikirlər onun "Вокруг света" № 1-də Azərbaycan barədə verdiyi qısa tarixi arayışda da yer alıb"Вокруг света", литературный сборник № 1. Москва — 2020. Bu səpkidən olan başqa bir publisistik yazı isə "Tomas de Vaalın "Qara Bağ" kitabındakı təhriflərə dair" adlı məqalədir. Qaniçən erməni liderinin dilindən çıxan "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o streotipi sındırdıq", "Əsas məsələ odur ki, Ermənistanda indi ancaq bir etnos qalıb… Bizim mədəniyyətlərimiz başqa-başqadır. Biz böyür-böyürə yaşaya bilərik, amma biri- birinin içində yaşaya bilmərik"Томас де Ваал, "Черный сад. Армения и Азербайджан между миром и войной. Москва — 2003 kimi insan adına yaraşmayan, sərsəm erməni deyimlərini ilk dəfə Ramiz Abbaslı 2008-ci ilin avqust ayında "Xalq qəzeti"ndə çıxış edərək azərbaycan içtimaiyyətinin nəzərinə çatdırıb."Xalq qəzeti", 09 aprel 2015-ci il Məqalədə Ağdam şəhərinin dağılması və bu barədə ingilis jurnalistin dedikləri sitat gətirilir: "1993-cü ildə Ağdamı ələ keçirən ermənilər şəhəri viran qoyublar, küçə-küçə, ev-ev söküb son kərpicinəcən aparıblar. Ağdam məscidinin minarəsindən baxanda aşağıda bir Xirosimo görünürdü."Томас де Ваал, "Черный сад. Армения и Азербайджан между миром и войной. Москва — 2003 – Tomas de Vaal öz gözüylə gördüklərini belə ifadə edir. İngilis jurnalistinin fikrinə münasibət bildirən R. Abbaslı isə yazır: "Atom partlayışı nəticəsində Xirosimo şəhərinin xeyli hissəsi dağıntıya məruz qalıb. Erməni işğalı nəticəsində isə Ağdam şəhəri tamamilə dağıdılaraq xarabazara çevrilib. Erməni terroru, erməni faşizmi atom bombasından da dəhşətli bir fəlakətdir.""Xalq qəzeti", 09 aprel 2015-ci il — Məqalədə çox vacib bir məsələyə toxunulduğunu və elmi cəhətdən yüksək səviyyədə yazıldığını nəzərə alan naşirlər onu həmin dövrdə çap olunmuş iki kitaba – "Soyqırım: erməni terrorizmi" və "Qarabağ dünən, bu gün və sabah" – da əlavə ediblər. Məqalədəki mövzuyla əlaqədar olaraq R. Abbaslı Ermənistan – Azərbaycan münaqişəsinə həsr olunmuş 9-cu elmi-praktik konfransda da çıxış etmişdir."Qrabağ dünən bu gün və sabah"(məqalələr toplusu), Bakı — 2010

2015-ci ildə yazılmış "Simvolizm" məqaləsi "azyb.az" saytında"azyb.az" saytı yer alıb. Məqalədə Simvolizm ədəbi məktəbi, onun yaradıcıları, nəzəri əsası, fəlsəfi konsepsiyasından söz açan R. Abbaslı bu ədəbi məktəbin nümayəndələrindən olan görkəmli irland şairi, 1923-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Uilyam Batler Yitsdən elədiyi tərcümələrlə də oxucuları tanış edir.

"Ədəbiyyat qəzeti"nin 2015-ci il avqust, sentyabr, oktyabr və noyabr saylarında dərc olunmuş silsilə məqalələrdə isə R. Abbaslı postmodernizm ədəbi məktəbindən geniş söz açır, onun əsas yaradıcılarından sayılan Con Barta həsr olunmuş "Postmodernizmin patriarxı""Ədəbiyyat qəzeti", 29 avqust 2015-ci il, eləcə də bu ədəbi məktəbin tanınmış nümayəndələrindən sayılan Con Apdayka həsr etdiyi "Pastmodernizmin parlaq ulduzu""Ədəbiyyat qəzeti", 15 avqust 2015-ci il məqalələrində bu ədəbi cərəyanın mahiyyətini açmağa çalışır. Əyanilik üçün postmodernist yazarların – Con Apdayk, Coys Kerol Outs, Geri Snayder və digərlərinin — əsərlərindən tərcümə etdiyi nümunələrlə də oxucular tanış edir.

R. Abbaslının sonuncu kitabı "Nizami Gəncəvi türk şairidir" adlanır. Əslində, bu, Nizaminin etnik kimliyinə həsr olunmuş elmi-tədqiqat əsəridir. Təəsüflə qeyd etmək lazımdır ki, dahi Azərbaycan şairinin etnik kimliyi, onun zəngin ədəbi irsinin hansı xalqa – türkə, yoxsa farsa – mənsub olması barədə mübahisələr hələ də səngimək bilmirРамиз Аббаслы. "Низами Гянджеви тюркский поэт". Баку – 2021г.. Nizaminin 880 illiyi münasibətilə yazılmış bu kitabda R. Abbaslı məsələyə tam fərqli bir münasibət sərgiləyərək, mübahisəli məqamlara fəlsəfi, tarixi, etnopsixoloji və müqayisəli etnopsixologiya aspektlərdən yanaşıb, təkzibolunmaz elmi faktlarla sübut edir ki, Nizami Gəncəvi etnik türkdür, türk şairidir. Kitab dünyaya bir mesaj olaraq rus dilində yazılmış və ingilis dilinə tərcüməylə birlikdə çap olunmuşdurВышка (газета). 11 марта 2022 г..

Məqalələri Ramiz Abbaslı. "Çağdaş ədəbiyyatın şahzadəsi", "Azərbaycan" jurnalı, 2005, № 4; Ramiz Abbaslı. "Tomas de Vaalın "Qara bağ" kitabındakı təhriflərə dair", "Xalq qəzeti", 08 avqust 2009. Ramiz Abbaslı. "Xalq musiqisinə biganəlik, ana dilinə hörmətsizlik", Qobustan jurnalı, 2010, № 4;