Yarımtək vena () — onurğanın döş hissəsinin sol tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Sol qalxan bel venasından () başlayaraq döş fəqərələrinin sol tərəfi ilə və döş aortasının dalı ilə yeddinci və ya səkkizinci döş fəqərəsinədək yuxarı qalxır və haman fəqərələrin bərabərliyində ümumi limfa axacağının, döş aortasının və qida borusunun dalından sağa keçir və tək venaya açılır. Bu damar aşağı dörd qabırğaarası venaları, qida borusu, orta divar, bronx və ürək kisəsi venalarını qəbul edir.
İstinadlar
Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Ürək-damar sistemi Kateqoriya:Venalar Kateqoriya:Yuxarı boş vena sistemi Kateqoriya:Damarlar