APA Group — Azərbaycanda fəaliyyət göstərən, Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü media-holdinq. Təsisçisi və rəhbəri Vüsalə Mahirqızıdır.

Əvvəlki adı ilə "APA Holdinq" 3 oktyabr 2012-ci ildə yaradılmışdır. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur.

Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət "Global Certification Limited" agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir.

3 oktyabr 2012-ci ilində "APA Holdinq" kimi yaradılan şirkət 2019-cu ilin fevral ayından "APA Group" adı altında fəaliyyət göstərir.

2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.

Tarixi 3 oktyabr 2012-ci ildə "Azəri-Press" Agentliyi MMC-nin əsasında "APA Holding" təsis olunmuşdur. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. Onun tərkibinə "Azəri-Press" Agentliyi (APA) MMC, "Lent.az", "Vesti.az", "APASport.az" informasiya agentikləri, "APA SERVİS" MMC və "APAmark" MMC daxildir. "APA Servis" MMC-nin tərkibində "APA TV" internet televiziyası, "Lent.az" İnformasiya Agentliyi MMC-nin tərkibində isə "Kulis.az" və "Ailəm.az" törəmə strukturları fəaliyyət göstərir.

2018-ci ilin avqust ayında "APA Holding" bir müddət fəaliyyətini dayandırmış və 2019-cu ildən fəaliyyətini bərpa etmişdir. Həmin vaxtdan holdinq "APA Group" adı ilə fəaliyyət göstərir.

"APA Group"un rəhbəri Vüsalə Mahirqızı, direktorlar şurasının sədri isə Nurşən Quliyevdir.

Tərkibi "APA Group"a aşağıdakı qurumlar daxildir:

"Azəri-Press Agentliyi" MMC — APA "Online News Agency/Onlayn Nyus Agency" MMC — ONA "Lent.az" saytı "Vesti.az" saytı "APASport.az" saytı "Kulis.az" internet dərgisi "APA Mark" MMC APA TV

Rəhbərlik Prezidenti: Vüsalə Mahirqızı

Həmçinin bax Global Media Group Gündəlik Teleqraf Səs Media Qrupu Yeni Çağ (media qrup) Yeni Müsavat Modern Media Qrupu Day (media-şirkət) Liatris Holding

İstinadlar

Mənbə "APA Holding" MMC-nin təqdimatını keçirib APA ad günündə yeni təqdimat etdi APA Holdinqin əsas fəaliyyəti "APA Holding"in təqdimatı keçirilib

Xarici keçidlər

APA-da kadr dəyişiklikləri — Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub APA fəaliyyətini bərpa etdi Azərbaycanda prezidentin sözlərini təhrif edən informasiya saytlarının işi dayandırılıb APA İnformasiya Agentliyinin saytına giriş mümkün deyil APA Holding işini bərpa edə bilər?

Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Azərbaycan holdinqləri Kateqoriya:3 oktyabrda yarananlar Kateqoriya:2012-ci ildə Azərbaycanda yarananlar