Bel kələfi üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü () təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə daxilində yerləşmişdir.

Verdiyi şaxələr Əzələ şaxəsi Qalça-qarınaltı sinir (Th12L2) Qalça-qasıq siniri (L1) Cinsiyyət-bud siniri (L1L2) Budun bayır dəri siniri (L2L3) Bud siniri (L2-L4) Qapayıcı sinir (L2-L4)

İstinadlar

Kateqoriya:Periferik sinir sistemi Kateqoriya:Onurğa beyni Kateqoriya:Aşağı ətraf sinirləri Kateqoriya:Sinir kələfi