Rimma Əli qızı Abdullayeva (() — Azərbaycanın əməkdar mədəniyyət işçisi (2007), film direktoru, prodüser.

Həyatı Rimma Abdullayeva 24 oktyabr 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra "Mosfilm" kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb.

Rimma Abdullayeva "Bir cənub şəhərində", "Qətldən sonra yeddi gün", "Yol əhvalatı", "Qaladan tapılan mücrü", "Qəm pəncərəsi", "Avqust gələndə", ЭSahilsiz gecəЭ və digər ekran əsərlərində film direktoru işləyib, Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib.

Rimma Abdullayeva 27 yanvar 2017-ci ildə vəfat etmişdir.

Filmoqrafiya Abşeron ritmləri (film, 1970) — rol: direktor Avqust gələndə (film, 1984) Bir axşam... (film, 1985) Bir cənub şəhərində (film, 1969) Dantenin yubileyi (film, 1978) Ən vacib müsahibə (film, 1971) İmtahan (film, 1987) Qaladan tapılan mücrü (film, 1982) Qəm pəncərəsi (film, 1986) Qətldən yeddi gün sonra (film, 1991) Ötən ilin son gecəsi (film, 1983) Sahilsiz gecə (film, 1989) Sumqayıtın əks-sədası (film, 1992) Ürək... Ürək... (film, 1976) Üzeyir ömrü (film, 1981) Yol əhvalatı (film, 1980)

İstinadlar

Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ kinorejissorları